İlham Əliyevlə Paşinyan Səmərqənddə görüşəcək? – Rusiya mediasından İDDİA

İlham Əliyevlə Paşinyan Səmərqənddə görüşəcək? – Rusiya mediasından İDDİA

Sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində qonaq qismində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan da iştirak edəcək.

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki, bununla əlaqəli xüsusilə Rusiya kütləvi informasiya vasitələri məlumatlar dərc edir və hətta üçtərəfli görüşün olacağını da yazırlar:

 

“Təbii ki, prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirakı təqdirəlayiq haldır. Burada Rusiya prezidenti Vladimir Putin, Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında görüşün baş tutması yüksək ehtimaldır. Bildiyiniz kimi, Brüsseldə keçirilən görüşdən sonra Rusiyanın da belə bir görüş keçirməsi gözlənilirdi. Həm Əliyevin, həm də Paşinyanın Rusiyaya dəvət olunması, orada görüş keçirməsi bir qədər məntiqə uyğun olmazdı. Bu, müxtəlif şayiələrə səbəb olardı ki, Brüsseldən sonra Rusiya da buna cəhd edir. Amma Rusiya KİV-ləri bu görüşün keçirilməsini istisna etmirdilər. ŞƏT-in tədbirində liderlərin bir araya gəlməsi həm də təsadüf nəticəsində olan görüş kimi diqqəti cəlb edəcək, xüsusi zamanlanmış görüş kimi deyil”.

 

Müsahibimiz qeyd edib ki, Putin burada görüş keçirməklə “bir güllə ilə iki dovşan vurmuş” olur:

 

“Yəni həm Brüsselin keçirdiyi görüşə cavab olaraq Azərbaycan və Ermənistan dövlət rəhbərlərinin görüşünü təşkil edir, həm də fürsətdən istifadə edərək iki ölkə arasında olan münasibətlərin normallaşması üçün öz sözünü deyir, təklif və istiqamətlərini göstərir. Əlbəttə, görüşdə müzakirəyə çıxarılacaq hadisələr çox maraqla izlənilir. Bunlar nə ola bilər? Təbii ki, Azərbaycan və Ermənistan arasında olan məsələlər. Məlumdur ki, sülh müqaviləsinin imzalanması gündəmdədir və Avropadan bu barədə məlumatlar veriblər. Hesab edirəm ki, bu istiqamətdə müəyyən danışıqlar aparılacaq, bundan sonra məlumat veriləcək ki, tədbirdə baş tutan görüşdə sülh müqaviləsi istiqamətində artıq müəyyən addımlar atılıb. Brüssel görüşündən sonra Paşinyan bədbin fikirlər səsləndirir və deyirdi ki, hər şey müzakirə olunmayıb.  Sözügedən tədbirdə ümumiyyətlə çoxlu məsələlər gündəmdə olsa da, Azərbaycan və Ermənistan arasındakı görüşdə kommunikasiyaların açılması, sülh müqaviləsi və sərhədlərin delimitasiya və demarkasiyası məsələləri müzakirə olunacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...