Bel yırtıqları nədən yaranır? - Mütəxəssis İZAH ETDİ
Son zamanlar getdikcə artan sağlamlıq problemlərindən biri də bel yırtıqları ilə bağlıdır. Bununla bağlı Sfera.az-a açıqlama verən fizioterapevt Ramin Quliyev deyib ki, ümumiyyətlə, bel nahiyəsində 5 ədəd fəqərə var: “Bunlar L1, L2, L3, L4 və L5 adlanan sümüklər və disklərdir. Bel fəqərələri arasından çıxan ayağa doğru uzanan sinirlər mövcuddur. Hansı ki, bu sinirlər ayaq əzələlərində ağrı, isti, soyuq, təzyiq və.s kimi duyğuları daşıyır. Disklər zədələndikdə - məsələn, hər hansı travmadan,