"Martın ortalarından etibarən..." - Azərbaycanda yayılan virusla bağlı MÜHÜM AÇIQLAMA

"Martın ortalarından etibarən..." - Azərbaycanda yayılan virusla bağlı MÜHÜM AÇIQLAMA

Son vaxtlar viral infeksiyaya yoluxmada kəskin artım müşahidə olunur.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən professor, tibb elmləri doktoru Musa Qəniyev deyib ki, dekabr ayından başlayaraq öskürək, yüksək temperatur, “kataral vəziyyət”, səsin tutulması, halsızlıq, bütün bədəni bürüyən ağrı ilə müşahidə olunan virus mövcuddur:

 

“Hazırda kəskin bronxit və pnevmoniya kimi ağırlaşmaların da artdığı sirr deyil. Vətəndaşları ən çox narahat edən isə son günlər Çində eyni klinik simptomlar göstərən yeni bir virusun -  metapnevmovirusun epidemik xarakterli artımı və bunun ölkəmiz də daxil, dünyaya yayılaraq yeni bir pandemiyaya səbəb olma qorxusudur. Digər xüsusi narahatlığa səbəb olan hal, dekabrın sonunda Tayvandda “Money UDN” nəşrində bu virusunun letallıq əmsalının 43%-ə yaxın olması haqqında qeyd edilən iddialardır. Rəsmi mənbələrdə ölkəmizdə bu virusa yoluxmanın qeydə alınmadığı bildirilir. Əvvəla unutmamalıyıq ki, biz sərhədlərin şəffaflaşdığı, qloballaşan bir dünyada yaşayırıq. Odur ki, “dünən” dünyanın istənilən bir nöqtəsində hər hansı bir viral infeksiyaya yoluxma halı baş veribsə, “sabah” onun ölkəmizə və ya dünyanın istənilən bir ölkəsinə daşına biləcəyi tamamilə reallıqdır. Bu səbəbdən də, bu və ya digər infeksiya qonşu ölkələrdə var. “Hələ bizim ölkəmizdə yoxdur və ya olmayacaq” fikri tamamilə absurddur”.

 

Professor metapnevmovirusun yeni olmadığını vurğulayıb:

 

“Bu, hazırda tənəffüs yolu infeksiyası törədə bilən və ümumi sayı 200-dən artıq olan virus ailəsi üzvlərindən biridir, düz 65 ildir ki, bizimlə yol yoldaşıdır. Cinsindən və irqindən asılı omayaraq, insanlar arasında bu virusa yoluxma daima baş verib və verir. Yoluxmada fəsli sıçrayışlara gəldikdə isə bu təbii və qanunauyğun bir haldır. Virusun genom quruluşunda istər nöqtə, istərsə də xromosom parçalarının ayrılması kimi daha ciddi mutasiyalar müşahidə edilməyib. Bildirilir ki, bu virus, xüsusən uşaqlar və yaşlı şəxslər üçün qorxuludur. Qeyd etməliyəm ki, bütün yaş qrupunda olan insanlar bu virusa həssasdır, yoluxa bilər və yoluxur. Yəni burada faciə kimi təqdim ediləcək qeyri-adi bir şey yoxdur”.

 

M.Qəniyev qeyd etdi ki, hazırkı virus infeksiyası ekliptik hərəkət boyunca ardıcıl növbələşən üç dalğa şəklində davam etməlidir:

 

“Hazırkı birinci dalğa, yanvar ayının ikinci yarısına kimi saxlanılacaq, daha sonra fevral ayının birinci ongünlüyünə qədər ikinci dalğa olacaq - yoluxmada stabilləşmə müşahidə ediləcək, ikinci ongünlüyündən etibarən isə üçüncü dağlanı görəcəyik - kəskin zəifləmə olacaq. Nəhayət, mart ayının 2-ci ongünlüyündən etibarən sporodikləşmə və sönmə baş verəcək. Xəstələnmə zamanı fəsadlaşma və ya ikincili mikrob infeksiyası baş vermədiyi halda antibiotik, antibakterial dərman maddələri, eləcə də insanlarımızın çox sevdiyi “sistem vurdurmaq” mütləq əks göstərişdir. Yoluxmanın ilkin və davam etdiyi müddətdə müalicə prinsipi, bütün hallarda inteqrativ təbabətin tövsiyə etdiyi meyarlar (dəstəkləyici və sanogenetik terapiya) üzrə aparılmalıdır. Xəstə olmayan şəxsin maska taxması da məsləhət deyil”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Demi Mur arxiv videosu səbəbindən qalmaqala düşüb

62 yaşlı amerikalı aktrisa Demi Mur karyerasının 45 ilində ilk Qızıl Qlobusunu alan kimi onun qələbə sevinci 1982-ci ildən arxiv videosunu dərc edən onlayn dete...

Rihanna açıq-saçıq alt paltarı ilə bədənini nümayiş etdirdi - FOTOLAR

36 yaşlı müğənni və iş qadını Rihanna alt paltarı markası “Savage X Fenty”nin Sevgililər Günü üçün yeni kolleksiyasının reklam kampaniyasında rol al...

Pilotun ərköyün övladına görə 75 nəfərin həyatına son qoyan təyyarə qəzası - FOTOLAR

Sərnişin təyyarəsinin idarə edilməsini uşağa həvalə etməyi təsəvvür edə bilərsinizmi? Üstəlik, bu “oyun” 75 nəfərin həyatına son qoyacaq faciəyə çev...

Futbol tarixinin ən böyük saxtakarlığı: Ayağına top dəyməyənfutbolçu

Futbol tarixi maraqlı hekayələr və intriqalarla doludur. Ancaq tarix yazan futbolçu var və onu yaşıl meydanlarda görən hər kəs qarşısında diz çöküb tövbə edir. ...

Qadın polisi qətlə yetirən şəxsin cəzası bilindi

Türkiyənin İstanbulun şəhərində polis əməkdaşı Şeyda Yılmazı öldürməkdə təqsirli bilinən Yunus Emre adlı şəxs ömürlük azadlıqdan məhrum olunub.   Sfe...

Dünyanın ən tıxaclı şəhəri bəlli olub

İstanbul dünyanın ən sıx tıxaclı şəhərləri sıralamasında birinci olub. Sfera.az bildirir ki, Inrix-in təhlilinə görə, şəhər sakini tıxaclara görə ildə 105 sa...