Logo

Psixoloq tənbəlliyin faydasını açıqladı – Sən demə...

Psixoloq tənbəlliyin faydasını açıqladı – Sən demə...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bəzən heç nə etmədən dincəlmək insanın psixoloji vəziyyətinə müsbət təsir göstərə bilər.

Sfera.az xəbər verir ki, bu barədə Sankt-Peterburqdakı “SM-Klinika”nın psixoloqu Larisa İsupova “Lenta.ru”ya danışıb.

Psixoloqun sözlərinə görə, insanın vaxtaşırı şüurlu şəkildə istirahət etməsi stressi azaltmağın ən əlçatan yollarından biridir. Müasir həyatın yaratdığı gərginlik insanı daim hərəkətdə və düşüncə içində saxlayır. Belə vəziyyətdə fasilə vermək həm bədənin dincəlməsinə, həm də əhvalın yaxşılaşmasına kömək edə bilər.

İsupova bildirib ki, insan heç nə etmədiyi zaman beyin də müəyyən mənada sakitləşir və istirahət rejiminə keçir. Bu isə gündəlik gərginliyin azalmasına şərait yaradır.

Bununla belə, psixoloq vurğulayıb ki, zahirən dincəlmək həmişə insanın daxilən rahatlaşması demək deyil. Məsələn, divanda uzanan şəxs işdəki mübahisələri düşünməyə və ya özünü tənbəlliyə görə qınamağa davam edirsə, bu istirahət ona gözlənilən faydanı verməyə bilər. Əksinə, narahatlıq və əsəbilik arta bilər.

Belə hallarda İsupova diqqəti xoş fəaliyyətlərə yönəltməyi, gələcək üçün maraqlı planlar qurmağı və ya xəyal qurmağa vaxt ayırmağı tövsiyə edib. Onun fikrincə, bu, insanın rahatlamasına və stresslə mübarizə qabiliyyətinin güclənməsinə kömək edə bilər.

Qeyd edək ki, istirahət etmək tənbəlliklə eyni deyil. İnsan bəzən enerjisini bərpa etmək üçün gündəlik işlərə fasilə verməli, özünə sakit vaxt ayırmalıdır.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR