Logo

Bir neçə xəstəliklə mübarizə aparıram - Şeyx Əbdül

Bir neçə xəstəliklə mübarizə aparıram - Şeyx Əbdül
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
0:00 0:00

Xalq artisti Şeyx Əbdül Mahmudov müalicəsini ev şəraitində davam etdirir.

Sfera.az-ın xəbərinə görə, Oxu.Az-a açıqlamasında Ə.Mahmudov bildirib ki, onun xəstəliklərinin əsas səbəbi qocalıqdır.

“Dörd-beş xəstəliklə birdən mübarizə aparıram. Hazırda ev şəraitində müalicələrim davam edir. Hələlik həyətə gəzməyə çıxa bilmirəm. Bəlkə sabah həkim dedi ki, bir az çıx gəz. Görək nə olur? Yeməyim də belədir ki, konkret diyet təyin ediblər, lazımi prosedurları edirəm. Bütün bu xəstəliklərin başında da qocalıq durur, qocalıq. Artıq qocalmışam”, – deyə Ə.Mahmudov bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Şeyx Əbdül Mahmudovun səhhətində problemlər yaranmışdı. Özəl xəstəxanaların birinə yerləşdirilən aktyor əməliyyat olunmuşdu.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR