Azərbaycanda 25 nəfər dərmandan zəhərlənib
"Mart ayının 1-dən bugünədək Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 358 nəfər müraciət edib”. Bu barədə Sfera.az-a qurumdan məlumat verilib. Qeyd olunub ki, onlardan 63-ü Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb: "Qəbul olan xəstələrdən 25-i dərmandan, 14-ü sirkə turşusundan, 5-i dəm qazından, 4-ü etil spirtindən zəhərlənib. Digərlərindən 3-ü anaflaksiya səbəbindən, 4-ü allergik reaksiyadan, 8-i isə botulizm səbəbindən xəstəxanaya