Rusiya-Ukrayna müharibəsində Ankara-Bakı MÖVQEYİ - ABŞ-ın istəyinə cavabımız nə olacaq?

Rusiya-Ukrayna müharibəsində Ankara-Bakı MÖVQEYİ - ABŞ-ın istəyinə cavabımız nə olacaq?
Ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov RBK-ya müsahibəsində ABŞ-ın Rusiyaya görə Çin və Türkiyəyə təzyiq göstərdiyini demişdi. "Bu cür şantaj Çin, Hindistan, Misir kimi qədim sivilizasiyalara qarşı tətbiq edilir, Türkiyəyə S-400-lərlə bağlı tələblər irəli sürülür”, - deyə Lavrov bildirmişdi

ABŞ sanksiyalara qoşulmaqla bağlı Azərbaycana da təzyiqlər göstərə bilərmi? 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Teymur Qasımlı deyib ki, ABŞ hazırda Rusiyanı yalnızlaşdırma siyasəti aparır və demək olar ki, bu işi bacarır:

"Əlbəttə, Türkiyə ilə danışlarda da təzyiqlər var, Rəcəp Tayyip Ərdoğan hələ ki geri çəkilmir, amma pərdəarxasında da öz diplomatiyasını aparır. Biz isə 44 günlük Vətən müharibəsindən sonra seçim qarşısında qalacağımızı deyirdik. Artıq bitərəf olmalıyıqdıq və Rusiya-Ukrayna müharibəsi də bizi buna vadar etdi. Lakin hazırda nə BMT-də, nə də Avropa Şurasında Rusiyaya qarşı hər hansı səs vermişik, biz bitərəf qalmışıq. Ukraynanın ərazi bötüvlüyünü tanıyırıq, Krımın işğalını qəbul etmirik. Ukranaya humanitar yardımlar etmişik, digər məsələlərdə dəstək oluruq. Yəni burada öz dövlət maraqlarımız da var - Rusiyanın orada zəifləməsi xeyrimizədir”.

Müsahibimiz ABŞ dövlət katibi Antoni Blinkenin ötən günlərdə Azərbaycan prezidentinə zəng etdiyini də vurğulayıb və bunun Ukrayna-Rusiya müharibəsi ilə bağlı olduğunu qeyd edib:

"Burada təzyiqlər də mümkündür, tərəf seçməklə bağlı istəklər də. Ən önəmli isə Ukraynanın, o cümlədən Avropanın enerji ilə təmin olması istiqamətindəki istəklərdən söz gedə bilər. ABŞ-ın əlbəttə, Azərbaycan dövlətindən Rusiya ilə bağlı xahişləri olub, öz maraqlarına görə bu işi aparıb. Düşünürəm ki, biz də Türkiyə kimi çalışmalıyıq ki, Rusiya-Ukrayna müharibəsindən ziyan görməyək və balanslı siyasət aparaq. ABŞ bizdən tərəf tutmağımızı istəyə bilər, amma biz də öz növbəmizdə dövlət maraqlarımız çərçivəsində  bu oyunları oynamalıyıq, şimal qonşumuzu qıcıqlandırmamalıyıq. Amma bundan sonra şimalın əzilməsi proseslərindən yaxşı istifadə edib Qarabağ ətrafındakı problemlərimizi də həll edə bilərik”.

Günay Rəsulqızı

OXŞAR XƏBƏRLƏR

Dünyanın ən xoşbəxt ölkələri - İlk sıra dəyişməz qalıb

Dünyanın ən xoşbəxt ölkələrinin adları və reytinqi açıqlanıb.  Sfera.az bu barədə 2025-ci il Dünya Yaşam Məmnuniyyəti Hesabatına (World Happiness Repo...

Sərnişin avtobusu qəzaya uğradı: ölənlər var

Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Çanaqqala-Ezine avtomobil yolun...

Onun atdığı addımlar Azərbaycanın taleyini dəyişdi – Millət vəkili

Bütün digər xalqlar kimi, Azərbaycan xalqı da özünün uzaq və yaxın tarixində taleyüklü problemlərlə, hətta bəzən bir xalq olaraq mövcudluğunun davam edib etmə...

ABŞ və Çin arasında ticarət danışıqları keçirilir

Çin və ABŞ rəsmiləri, uzun sürən tarif müharibəsindən sonra ilk dəfə üz-üzə danışıqlar aparmaq üçün İsveçrənin Cenevrə şəhərində görüşüblər. Görüş iki ölkə aras...

Ağıllı insanlar ən çox bu 2 BÜRCƏ aşiq olur

Dünyanın ən ağıllı insanlarının bürcləri illərdir maraq doğurduğu kimi, onların sevdiyi və aşiq olduğu bürclər də astroloqların diqqət mərkəzindədir.   ...

ABŞ-nin 30 ştatında qızılca yayılıb - Yüzlərlə yoluxan var

Birləşmiş Ştatlarda qızılcaya yoluxmuş insanların sayı min nəfəri ötüb.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, son statistikanı ABŞ-nin Xəstəli...