Logo

Azərbaycanda 25 nəfər dərmandan zəhərlənib

Azərbaycanda 25 nəfər dərmandan zəhərlənib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Mart ayının 1-dən bugünədək Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 358 nəfər müraciət edib”.

Bu barədə Sfera.az-a qurumdan məlumat verilib. Qeyd olunub ki,  onlardan 63-ü Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb:

"Qəbul olan xəstələrdən 25-i dərmandan, 14-ü sirkə turşusundan, 5-i dəm qazından, 4-ü etil spirtindən zəhərlənib. Digərlərindən 3-ü anaflaksiya səbəbindən, 4-ü allergik reaksiyadan, 8-i isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib”.

Məlumata görə, zəhərlənən şəxslərin 34-ü qadın, 24-ü kişi, 5-i uşaq olub: "Həkimlərin səylərinə baxmayaraq, 63 nəfərdən 4-ü (2 nəfər sirkə turşusundan, 1 nəfər etil spirtindən, 1 nəfər anaflaksiya səbəbindən) dünyasını dəyişib”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR