İsraildə koronavirusun yeni ştamı aşkarlanıb – Əlamətləri BUNLARDIR
Media
16:38 / 18.03.2022
1149
İsraildə iki nəfərdə COVID-19-un əvvəllər məlum olmayan variantı aşkar edilib.
Sfera.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən açıqlamada Ben Qurion hava limanında aparılan sınaqlar zamanı iki sərnişində əvvəllər məlum olmayan variantın görüldüyü açıqlanıb.
Omikronun dominant BA.1 alt variantının və digər alt variant BA.2-nin qarışığı olduğu bildirilən yeni variantın qızdırma və baş ağrısı kimi yüngül simptomlara səbəb olduğu, xüsusi müalicə tələb etmədiyi vurğulanıb.
Sərnişinlərin xaricdən qayıtdıqları bildirilsə də, onların İsraili tərk etməmişdən əvvəl xəstəliyə yoluxma ehtimalının yüksək olduğu üçün sözügedən variantın İsraildən qaynaqlana biləcəyi düşünülür.
Ekspertlər yeni mutasiyanın yaxından izlənilməli olduğunu bildirsələr də, hazırda narahatlığa əsas olmadığını vurğulayıblar.
Əzizə Zeynal