Çindən ABŞ-la bağlı SƏRT AÇIQLAMA
Media
15:32 / 18.03.2022
834
Bu gün ABŞ prezidenti Co Bayden və Çin prezidenti Si Cinpinin telefon danışığı olacaq. İki liderin görüşündən əvvəl Pekində kameralar qarşısına keçən Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian jurnalistlərin suallarını cavablandırıb.
Sfera.az bildirir ki, Çinin bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini ifadə edən Lijian, "Çin həmişə BMT Nizamnaməsinin prinsiplərinə sadiq qalır, bütün ölkələrin qanuni təhlükəsizlik narahatlıqlarına önəm verir, böhranın aradan qaldırılması üçün sülh yolu ilə həll səylərini və humanitar vəziyyətin asanlaşdırılmasını dəstəkləyir”, deyə söyləyib.
Qurum rəsmisi həmçinin, ABŞ-da bəzi şəxslərin yalan məlumatlar yaydığını və Çinə təzyiq etdiyini deyib:
"ABŞ Ukrayna böhranını alovlandırmaq əvəzinə, öz öhdəliklərini götürməli və vəziyyəti yüngülləşdirmək, problemi həll etmək üçün konkret addımlar atmalıdır. Ukraynaya silah əvəzinə qida lazımdır. ABŞ Ukraynaya hərbi yardım göndərməklə sülhə nail ola bilməz”.
Günay Rəsulqızı
Sfera.az