COVİD-19-un səbəb olduğu yaddaş, təfəkkür və nitq pozğunluqları ömür boyu qala bilər? - Professordan AÇIQLAMA
"COVİD-19-u orta ağır, xüsusən ağır keçirərək, süni tənəffüs aparatına qoşulmuş, bütün yaş qrupundan olan şəxslərin xeyli hissəsi, sağaldıqdan sonra beyinin sanki "dumanlanması", yaddaş pozğunluğu, bəzən gündəlik təmasda olduğu şəxs və məkan adlarını xatırlamaması, diqqət çatışmazlığı, düşüncə, hətta nitq pozğunluğundan əziyyət çəkirlər. Bu pozğunluqlar bəzən xəstəlikdən sağaldıqdan 6 ay sonra da meydana çıxa bilir”. Sfera.az bildirir ki, bunu tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.