"Azergold" bu şirkətlə 73 milyon manatlıq müqavilə bağladı
Media
11:20 / 18.04.2022
563
"Azergold" Qapali Səhmdar Cəmiyyəti (QSC) "Star Mining" MMC şirkəti ilə 72,98 milyon dəyərində xidməti müqavilə bağlayıb.
Sfera.az elektron satınalma portalına istinadən xəbər verir ki, "Star Mining" MMC Çovdar Filiz Emalı Sahəsində sulfid fazası üzrə üstaçma, mədənçıxarma, daşınma və Ağyoxuş, Mərəh, Çovdar sahəsinin oksidli süxurlarının xırdalanması işlərinin satın alıb.
Xatırladaq ki, "Azergold" QSC "Star Mining" MMC ilə son 5 ildə 3 belə müqavilə bağlayıb. Birinci müqavilə 2017-ci ilin aprelində olub və onun dəyəri 81 milyon manat idi. İkinci müqavilə 2020-ci ildə bağlanıb (78,3 milyon manat), üçüncü müqavilə isə qeyd etdiyimiz son müqavilədir.
"Star Mining” MMC şirkəti 2017-ci ildən dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması fəaliyyəti ilə məşğuldur.
Vasif