Azərbaycanın xarici ticarətində böyük saldo yaranıb: Son 12 ildə ilk dəfə
Kateqoriya məlum deyil
2022-ci ilin birinci rübü ərzində Azərbaycanın xarici ticarətində böyük müsbət saldonun yaranması qeydə alınıb.
Sfera.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ilk 3 ay ərzində ixracımız 7,98 milyard dollar olduğu halda idxalımız 2,93 milyard dollar təşkil edib. Buna görə də xarici ticarətdə müsbət fərq böyüyərək 5,05 milyard dolları ötüb.
Ticarətdə yaranan müsbət fərqin dəyəri idxalın dəyərindən 2,12 milyard dollar və ya 72,3 faiz çox olub ki, bu da son illərin rekord göstəricisi hesab olunur.Müqayisə üçün bildirək ki, 2021-ci ilin birinci rübündə xarici ticarətdə müsbət saldo 1,61 milyard dollar, 2020-ci ildə 1,57 milyard dollar, 2019-cu ildə 1,35 milyard dollar olmuşdu.
Sonuncu dəfə xarici ticarətdə belə yüksək saldo 12 əvvəl müşahidə edilib.
Onu da bildirək ki, birinci rübün ixrac göstəricilərinə xam neft və təbii qazın dəyərinin gömrük orqanlarında rəsmiləşdirilən hissəsi daxil edilib. Yəni, faktiki ixrac daha böyükdür və növbəti aylarda ixrac məlumatlarına əlavə olunacaq.Vasif






