Gömrükdə ən çox hansı xətalara yol verilir? - RƏQƏMLƏR AÇIQLANDI
Kateqoriya məlum deyil
Xarici ticarət əməliyyatları zamanı gömrükdə ən çox sənədlərin çatdırılmaması xətasına yol verilir.
Sfera.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin birinci rübündə gömrükdə 5 976 inzibati xətaya yol verilib və həmin xətaların 5 148-i məhz sənədlərin çatdırılmamasıdır.
Xətaların 74-ü bəyan etməməyə görə, 55-i gömrük ödənişlərindən yayınma, 47-i gizli keçirmə ilə bağlı olub. Kənar keçirmə və aksiz markasız idxalla bağlı xəta qeydə alınmayıb.
Xəttaların 665-i isə digərləri ilə bağlı olub.Vasif
Sfera.az






