Məşhur yazıçının oğlu həbs edildi: 10 aylıq qızına narkotik verərək öldürüb - FOTO

Məşhur yazıçının oğlu həbs edildi: 10 aylıq qızına narkotik verərək öldürüb - FOTO
Məşhur yazıçı Paul Osterin oğlu həbs edilib.
 
Sfera.az bildirir ki, buna səbəb onun körpə qızını öldürdüyünə dair şübhələrin olmasıdır. Belə ki, noyabrın 1-də Daniel Osterin ABŞ-ın Nyu-York şəhərindəki evinə tibb işçiləri çağırılıb. Onlar 10 aylıq Rubi adlı körpəni huşsuz vəziyyətdə tapıblar. Xəstəxanaya aparılan kiçik qızın öldüyü açıqlanıb. Tibbi ekspertiza nəticəsində Rubinin fentanil və heroinin həddindən artıq dozasından dünyasını dəyişdiyi müəyyən edilib. Hadisənin başverdiyi gün körpəyə atası Daniel Oster baxırmış.

Polis qrupları hadisənin qətl olduğunu düşünürlər. Adı açıqlanmayan bir polis sözçüsü isə Rubi Osterin narkotikə necə məruz qaldığını bilmədiyini söyləyib. Məhkəmə ekspertləri də istintaqın davam etdiyini əsas gətirərək məsələ ilə bağlı şərh verməkdən imtina ediblər. 

Ötən gün həbs edilən Daniel Oster ehtiyatsızlıqdan qəsdən adam öldürməkdə ittiham olunub.

Hadisə ilə bağlı "New York Times” qəzeti Danielin atası, 75 yaşlı  yazar Paul Osterlə əlaqə saxlasa da, o, məsələ ilə bağlı şərh verməkdən imtina edib.
 
Qeyd edək ki, Daniel Oster daha öncə də kriminal hadisələr törədib. O, 1996-cı ildə Andre Melendez adlı narkotik satıcısının Maykl Aliq tərəfindən öldürülməyinə şahid olub. Daniel Osterə susması üçün 3000 dollar verilib. Sonradan törətdiyi cinayəti etiraf edən Daniel 5 il şərti cəzadan azad edilib.  O, həmçinin keçmişdə narkotik qəbulu ilə bağlı da tutulub.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Zelenski: Putin atəşkəs razılaşmasına mane olmağa çalışır

“Rusiya prezidenti Vladimir Putinin əslində heç bir atəşkəsə ehtiyacı yoxdur, əksinə, o, müharibəni davam etdirməyə çalışır.”   Sfera.az ...

Evləri qarət edən oğrunu axtaran polis şoka düşdü

Peruda olduqca məzəli hadisə baş verib. Belə ki, Lima əyalətinin San İsidro bölgəsində yerli sakinlər naməlum oğrunun onlara ziyan vurduğunu bildirdikdə işə pol...

Tiflis bileti ilə Milan təyyarəsinə minməyə cəhd göstərdilər - FOTO

İranlı qadınların saxta Tiflis bileti ilə İtaliya arzusu alt-üst olub. İki iranlı qadın Türkiyədə Sabiha Gökçən hava limanından Tiflisə gedirmiş kimi göstərərək...

Heydər Əliyev Mərkəzində “Qızılgülün sirri” sərgisi açılıb - FOTOLAR

Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mystery of the rose”) sərgisinin a...

Qarabağda yetişdirib “Ermənistan məhsulu” kimi satıblar

Bakıda ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay...

Nadir xəstəliyə görə hər kəsdən 10 dəfə daha tez qocalır

Dünyadakı hər kəsdən daha tez qocalmağa səbəb olacaq bir xəstəlik olduğunu bilirdinizmi?   Sfera.az bildirir ki, 47 yaşlı Tiffany Wedekində (Tiffani Vi...