Logo

“Qara cümə”də endirimlər olmayacaq? - XƏBƏRDARLIQ

“Qara cümə”də endirimlər olmayacaq? - XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Qara cümə” kampaniyaları zamanı parlaq endirim elanları, geri sayım taymerləri və “son məhsullar” xəbərdarlıqları alıcıları tələsik qərar verməyə sövq edir. Halbuki bu cür təqdimatların arxasında heç də həmişə real qiymət endirimi dayanmır.

Sfera.az xəbər verir ki, marketoloq və istehlakçı davranışları üzrə mütəxəssis Arsen Dallakyan satıcıların istifadə etdiyi əsas marketinq hiylələrindən danışıb. Onun sözlərini “KP.RU” nəşri yayıb.

Ekspertin sözlərinə görə, alıcıların həqiqətən sərfəli alış-veriş edib-etmədiyini müəyyənləşdirməsi üçün məhsulun endirimdən əvvəlki qiymətini, əvvəlki dövrlərdəki dəyərini və digər satıcıların eyni model üzrə təkliflərini müqayisə etməsi vacibdir. O, endirim mövsümü başlamazdan əvvəl alış-veriş siyahısı hazırlamağı və hər məhsul üçün maksimum büdcə müəyyənləşdirməyi də tövsiyə edib.

Dallakyan bildirib ki, satıcıların geniş istifadə etdiyi üsullardan biri də məhsulun qiymətini olduğundan daha sərfəli göstərməkdir. İndi alıcılar axtarış sistemləri vasitəsilə məhsulun müxtəlif dövrlərdəki qiymətlərini asanlıqla müqayisə edə bilirlər.

Ekspertin diqqət çəkdiyi digər üsullar arasında bir məhsula tətbiq edilən endirimin digər məhsulun süni şəkildə artırılmış qiyməti ilə kompensasiya olunması, yalnız yeni müştərilərə və ya abunəçilərə şamil edilən kampaniyalar, süni qıtlıq görüntüsü yaradılması var. Bəzi satıcılar isə reklamda daha bahalı model göstərsələr də, faktiki olaraq onun sadələşdirilmiş versiyasını təklif edirlər.

Bundan başqa, alıcılara əlavə olaraq kredit, sığorta və ödənişli abunə xidmətləri də təklif oluna bilər. Bu isə ilkin baxışda sərfəli görünən alış-verişin yekun xərcini artıra bilər.

Marketoloq İqor Berezin isə 2026-cı ildə endirim kampaniyalarının əvvəlki illərlə müqayisədə daha məhdud ola biləcəyini bildirib. Onun sözlərinə görə, böyük endirimlər üçün satıcıların təchizatçılarla güclü əməkdaşlıq imkanlarına malik olması vacibdir. Lakin yerli ticarət şəbəkələri xarici, xüsusilə Çin istehsalçıları qarşısında kifayət qədər böyük tərəfdaş hesab edilmədiyindən, ciddi qiymət güzəştləri əldə etmək çətinləşir.

Qeyd edək ki, maliyyə marketpleysi “Sravni”nin analitiklərinin araşdırmasına görə, Rusiya sakinlərinin hər üç nəfərindən biri payız endirimləri zamanı qənaət etməyi planlaşdırır. Sorğuda iştirak edənlərin 36 faizindən çoxu endirim dövründə alış-veriş etmək niyyətində olduğunu bildirib. Onların əksəriyyəti həqiqətən sərfəli təkliflər axtarmağa üstünlük verir.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR