“Tiktok”
Məşhur tiktoker cəzalandırıldı - FOTO
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik nümayiş etdirən, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar sərgiləyən daha bir “TikTok” istifadəçisi həbs edilib. Sfera.az “Unikal”a istinadən xəbər verir ki, Göyçay şəhər sakini, 1993-cü il təvəllüdlü Fidan Mahir qızı Hümbətova “TikTok” platformasında qeyri-etik yayımlarına görə polis tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya
Cəmiyyət29.10.2026 20:44
Səmra Hüseynovadan 1000 manatlıq borca ETİRAZ
Model Səmra Hüseynova “TikTok” fəaliyyətinə görə ona 1000 manat gəlir vergisi borcu hesablanmasına etiraz edib. Sfera.az xəbər verir ki, model sosial şəbəkədə paylaşım edərək Vergi Xidmətindən məsələ ilə bağlı açıqlama istəyib. O bildirib ki, son bir il altı ay ərzində Sumqayıtda sadələşdirilmiş vergi ödəyicisi kimi hesabat təqdim edib. Buna baxmayaraq, ona gəlir vergisi üzrə borc hesablanıb. Səmra Hüseynova qeyd edib ki, üç il əvvəl də oxşar vəziyyətlə üzləşib və həmin vaxt borc silinib. Model
Maqazin22.10.2026 17:00
Məktəblilərə TikTok qadağası – effekti olacaqmı?
Xəbər verildiyi kimi, məktəblərdə Tiktok platformasına çıxış məhdudlaşdırılıb. Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov açıqlayıb. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub: "Həmin görüntülər cinayət, narkotik, şiddət və s. məzmunlar daşıyırdı. Təbii ki, bu məhdudlaşma təkcə məktəblə bitməməlidir. Ailədə də uşaqların bu kimi məzmunlardan və platformalardan uzaq durmasına nəzarət
Cəmiyyət21.10.2026 18:28
“İnstagram” və “TikTok” istifadəçiləri diqqət!
ABŞ-da 13-17 yaş arasında 472 yeniyetmənin iştirakı ilə aparılan araşdırma “İnstagram” və “TikTok”istifadəsi ilə bağlı diqqətçəkən nəticələr ortaya qoyub. Sfera.az xəbər verir ki, araşdırmaya əsasən, digər insanların paylaşımlarını gördükdən sonra öz həyatını daha pis qiymətləndirdiyini bildirən yeniyetmələrin sayı ən çox “İnstagram” və “TikTok” istifadəçiləri arasında olub. Tədqiqat 2025-ci ilin fevral-dekabr aylarında aparılıb və nəticələri JAMA Pediatrics jurnalında dərc olunub.
Media01.10.2026 19:50
“TikTok” 10 oktyabrda bağlanacaq?
“TikTok”-un Türkiyədə bağlanacağı və platformaya ölkə üzrə girişin məhdudlaşdırılacağı ilə bağlı iddialar sosial mediada geniş müzakirələrə səbəb olub. İstifadəçilər “TikTok bağlanacaq?”, “Platformaya giriş qadağan ediləcəkmi?” və “TikTok nə vaxt bağlanacaq?” suallarına cavab axtarırlar. Sfera.az xəbər verir ki, müzakirələr ABŞ-ın Alabama ştatında “TikTok” ilə bağlı əldə olunan razılaşmadan sonra daha da artıb. Razılaşmaya əsasən, şirkət iddiaçı tərəfə 100 milyon dollar ödəyəcək. Bundan əlavə,
Media28.09.2026 20:57
Oğlundan ayrılan bloqeri canlı yayımda öldürdü: dəstə başçısı TUTULDU
Meksikada xüsusi təyinatlılar "Xalisko Yeni Nəsil" narkokartelinin yüksək vəzifəli üzvlərindən biri hesab olunan "R1" ləqəbli Ramon Anxel Alvares Ayalanı saxlayıblar. O, Xalisko ştatının Atotonilko-el-Alto şəhərində keçirilən əməliyyat zamanı ələ keçirilib. Hazırda "Los Rs" qruplaşmasının lideri ölkənin ən ciddi rejimli həbsxanalarından biri olan Altiplano həbsxanasına yerləşdirilib. Meksikanın Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi naziri Omar Qarsiya Harfuçun sözlərinə görə, "R1" bir neçə
Kriminal04.08.2026 18:55
Naxçıvanda 4 "Tiktoker" söyüşə görə saxlanıldı
Naxçıvanda sosial şəəbəkədə əxlaq normalarına zidd qeyri-etik paylaşım edənlər saxlanılıb. Sfera.az -ın məlumatına görə, saxlanılanlardan ikisi Naxçıvan şəhər, digər ikisi isə Şahbuz rayon sakinləridir. İkisi 23, 25 və 17 yaşlarında olan həmin oğlanlar “Tiktok”da özlərinə məxsus hesablarda ictimai mənəviyyatı təhqir edən videolar paylaşıblar. Ayrı-ayrı vaxtlardakı paylaşımlarda biri soyunmuş halda, biri dostunu əsgər yola salarkən, biri sərxoş, digəri də dağda çobanlıq edərkən nalayiq ifadələr
Cəmiyyət25.07.2026 21:09







