Logo

Trampa qarşı sui-qəsd planı: Pakistanlıya ağır cəza verildi

Trampa qarşı sui-qəsd planı: Pakistanlıya ağır cəza verildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla bir sıra siyasətçilərə qarşı sui-qəsd planlaşdırmaqda ittiham olunan Pakistan vətəndaşı Asif Merçant 27 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sfera.az xəbər verir ki, pakistanlı Asif Merçant Nyu-Yorkun Bruklin bölgəsindəki federal məhkəmədə terrorçuluq və muzdlu qatil tutmaq ittihamları üzrə hakim qarşısına çıxarılıb.

Məhkəmə muzdlu qatil tutmaq ittihamını qəbul edən Merçant barəsində 27 il 6 ay həbs cəzası çıxarıb. Onun vəkili Avrahem Moskovits qərardan sonra apellyasiya şikayəti verməyi nəzərdən keçirdiklərini bildirib.

ABŞ-nin ədliyyə naziri Todd Blanş isə hökmü ədalətli hesab etdiyini bildirib.

“Ədliyyə Nazirliyi liderlərimizə qarşı yönəlmiş xarici terror fəaliyyətlərinə dözməyəcək və məsul şəxslər cəzalandırılana qədər bu istiqamətdə səylərini davam etdirəcək”, – o vurğulayıb.

Merçant sui-qəsd planının İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli şəxslər tərəfindən hazırlandığını iddia edib. O, özü ilə əlaqə saxlayan şəxslərin hədəf kimi ABŞ Prezidenti Donald Trampın, sabiq prezident Co Baydenin və ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heylinin adlarını çəkdiklərini bildirib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR