Trampdan süni intellektə yeni ad: “Super zəka”

Trampdan süni intellektə yeni ad: “Super zəka”
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp süni intellekt ifadəsinin texnologiyanın real imkanlarını tam əks etdirmədiyini bildirərək, “super zəka” terminindən istifadə edilməsini təklif edib.

Sfera.az xəbər verir ki, Tramp BMT Baş Assambleyasındakı çıxışı zamanı süni intellektlə bağlı diqqətçəkən açıqlama verib. O, “süni intellekt” əvəzinə “super zəka” ifadəsinin işlədilməsini istəyib və “Super zəka dünyasına xoş gəlmisiniz” deyib.

Tramp daha sonra “Truth Social” platformasında izləyiciləri arasında sorğu keçirib. Sorğuda “üstün zəka”, “ifrat zəka” və “ali zəka” kimi variantlar təqdim olunub. Tramp “super zəka” ifadəsinin daha çox dəstək qazandığını bildirib.

Texnologiya mütəxəssisləri isə bu terminə ehtiyatla yanaşırlar. Onların fikrincə, “super zəka” hazırkı süni intellekt sistemlərini deyil, insan imkanlarını əhəmiyyətli dərəcədə üstələyə biləcək daha inkişaf etmiş və hələlik hipotetik texnologiyaları ifadə edir. Mütəxəssislər yeni adın mövcud sistemlərin imkanlarının olduğundan daha yüksək qəbul edilməsinə səbəb ola biləcəyini düşünürlər.

Trampın təklifi ABŞ administrasiyasının bəzi nümayəndələri tərəfindən də istifadə olunmağa başlayıb. Bununla yanaşı, Kanadanın Süni İntellekt naziri Evan Solomon belə ad dəyişikliklərinə ölkəsində isti yanaşılmadığını bildirib.

Tramp çıxışında ABŞ-ın Çinlə texnoloji rəqabətinə də toxunaraq, ölkəsinin süni intellekt sahəsində lider mövqedə olduğunu və bu üstünlüyü qoruyacağını bildirib.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR