Logo

Aİ Çindən və digər ölkələrdən hibrid avtomobillərin idxalına məhdudiyyət qoyur

Aİ Çindən və digər ölkələrdən hibrid avtomobillərin idxalına məhdudiyyət qoyur
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avropa İttifaqı (Aİ) Çin və bir sıra digər ölkələrdən hibrid avtomobillərin idxalını müvəqqəti məhdudlaşdırıb. Yeni qərar dekabrın 1-dən gələn il iyunun 18-dək qüvvədə olacaq.

Sfera.az xəbər verir ki, bu barədə “Bloomberg” Avropa Komissiyasının sənədlərinə istinadən məlumat yayıb.

Qərara əsasən, qeyd olunan müddətdə müəyyən ölkələrdən Aİ-yə gətirilən hibrid avtomobillərin sayı məhdudlaşdırılacaq. Çin istehsalı olan avtomobillər üçün bu limit 191 780 ədəd müəyyən edilib.

Məhdudiyyətlər digər böyük ticarət tərəfdaşlarına da şamil olunacaq. Belə ki, Yaponiyadan 170 889, Türkiyədən 126 320, Böyük Britaniyadan 105 402, Cənubi Koreyadan 67 924, ABŞ-dan isə 18 482 avtomobilin idxalına icazə veriləcək.

Yeni tədbirlər Avropa İttifaqının Çinlə ticarət kəsirini azaltmaq və yerli avtomobil istehsalçılarını qorumaq siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir. Qeyd olunur ki, Aİ-nin Çinlə ticarət kəsiri 2025-ci ildə 360 milyard avroya çatıb.

Məhdudiyyətlər Avropa İqtisadi Zonasına daxil olan ölkələrə, Ukraynaya və bir sıra inkişaf etməkdə olan dövlətlərə şamil edilməyəcək.

Xatırladaq ki, noyabrın əvvəlində Çinin 2026-cı ilin yanvar-oktyabr aylarında ticarət profisitinin tarixdə ikinci dəfə 1 trilyon dolları ötdüyü bildirilmişdi. Bu məbləğin 310 milyard dolları Avropa İttifaqı ilə ticarət əlaqələrindəki balanssızlığın payına düşüb.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR