Logo

Zəngəzur dəhlizinin tikintisinə start verildi: 200 illik geosiyasi mənzərə dəyişir - FOTO/VİDEO

Zəngəzur dəhlizinin tikintisinə start verildi: 200 illik geosiyasi mənzərə dəyişir - FOTO/VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Cənubi Qafqazın nəqliyyat və geosiyasi xəritəsini dəyişə biləcək layihənin icrasına start verilib.

Ermənistanın Sünik vilayətində Azərbaycanı Naxçıvanla birləşdirməsi nəzərdə tutulan TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) layihəsi üzrə ilkin tikinti-hazırlıq işlərinə başlanılıb. Bununla da uzun müddətdir müzakirə olunan Zəngəzur istiqamətində nəqliyyat bağlantısının yaradılması istiqamətində real addım atılıb.

Sfera.az xəbər verir ki, bunu Ermənistan mediası da təsdiq edib. Məsələn, “Armenpress”in məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan televiziya müraciətində layihənin praktiki mərhələsinin başladığını açıqlayıb. O bildirib ki, Ermənistanın Sünik vilayətində TRIPP-in tikintisi ilə bağlı hazırlıq işlərinə başlanılır. Paşinyan layihəni Ermənistanın müstəqillik tarixində ən böyük iqtisadi təşəbbüs adlandırıb.

Zəngəzur dəhlizinin tikintisinə start verildi: 200 illik geosiyasi mənzərə dəyişir - FOTO/VİDEO

Onun sözlərinə görə, TRIPP Cənubi Qafqazda maneəsiz multimodal nəqliyyat bağlantısının yaradılmasına, Azərbaycanla Naxçıvan arasında əlaqənin təmin edilməsinə, eyni zamanda Ermənistanın beynəlxalq nəqliyyat marşrutlarına çıxış imkanlarının genişlənməsinə xidmət edəcək. ABŞ Prezidenti Donald Tramp da layihənin başlanması ilə bağlı videomüraciətində TRIPP-in icrasına start verildiyini və yeni TRIPP Development Company şirkətinin yaradılması prosesinin irəlilədiyini bildirib.

“Azatutyun”un yazdığına görə, Ermənistanın dövlət televiziyası layihənin hazırlıq mərhələsi çərçivəsində ərazinin təmizlənməsini həyata keçirən texniki maşınların görüntülərini yayımlayıb. Məlumatı sosial şəbəkədə yayılan görüntülər də gündəmə gətirib. Türkiyəli Özkən Aydın Ermənistan ərazisində, Azərbaycanı Naxçıvanla birləşdirəcək köhnə dəmir yolu xəttinin yerləşdiyi ərazidən foto paylaşıb.

O, paylaşımında TRIPP layihəsinin tikintisinə həmin gün start verildiyini bildirərək, “Zəngəzur dəhlizi artıq xəyal deyil, reallığa çevrilir” ifadəsini işlədib. Fotoda dəmir yolu xəttində işlərin aparıldığı, ərazidə texnikanın və işçilərin olduğu görünür. “Reuters” daha əvvəl layihəni Azərbaycanı Naxçıvanla və Türkiyə ilə birləşdirəcək, eyni zamanda Asiya ilə Avropa arasında yeni nəqliyyat bağlantısı yaradacaq təşəbbüs kimi qiymətləndirib. Agentlik onun Rusiya və İrandan yan keçən alternativ marşrut imkanları baxımından da əhəmiyyətini vurğulayıb. Bu məqam Moskvanın və Tehranın prosesə münasibətini də xüsusi əhəmiyyətli edir. Xüsusilə İran Zəngəzur istiqamətində yeni nəqliyyat marşrutunun yaradılması ilə bağlı narahatlıqlarını dəfələrlə ifadə edib.

Zəngəzur dəhlizinin tikintisinə start verildi: 200 illik geosiyasi mənzərə dəyişir - FOTO/VİDEO

Tehran üçün Ermənistanla mövcud quru sərhədinin və regiondakı geosiyasi mövqeyinin qorunması mühüm məsələdir. Digər tərəfdən, Paşinyan hökuməti layihəni Ermənistanın iqtisadi blokadadan çıxması, xarici investisiyaların cəlb edilməsi və yeni bazarlara çıxış imkanlarının genişlənməsi baxımından vacib hesab edir. “Anadolu” agentliyinin məlumatına görə, layihə Azərbaycanı Naxçıvanla birləşdirməklə yanaşı, Türkiyə istiqamətində nəqliyyat əlaqələrinin inkişafına da imkan yaradacaq. Sünik vilayətinin qubernatoru Robert Qukasyan isə ilkin işlərin bir neçə ərazidə başladığını və hazırlıq mərhələsindən sonra genişmiqyaslı tikinti işlərinin aparılacağını açıqlayıb.

“Reuters” daha əvvəl layihəni Azərbaycanı Naxçıvanla və Türkiyə ilə birləşdirəcək, eyni zamanda Asiya ilə Avropa arasında yeni nəqliyyat bağlantısı yaradacaq təşəbbüs kimi qiymətləndirib. Agentlik onun Rusiya və İrandan yan keçən alternativ marşrut imkanları baxımından da əhəmiyyətini vurğulayıb.

Bu məqam Moskvanın və Tehranın prosesə münasibətini də xüsusi əhəmiyyətli edir. Xüsusilə İran Zəngəzur istiqamətində yeni nəqliyyat marşrutunun yaradılması ilə bağlı narahatlıqlarını dəfələrlə ifadə edib. Tehran üçün Ermənistanla mövcud quru sərhədinin və regiondakı geosiyasi mövqeyinin qorunması mühüm məsələdir.

Digər tərəfdən, Paşinyan hökuməti layihəni Ermənistanın iqtisadi blokadadan çıxması, xarici investisiyaların cəlb edilməsi və yeni bazarlara çıxış imkanlarının genişlənməsi baxımından vacib hesab edir.

“Anadolu” agentliyinin məlumatına görə, layihə Azərbaycanı Naxçıvanla birləşdirməklə yanaşı, Türkiyə istiqamətində nəqliyyat əlaqələrinin inkişafına da imkan yaradacaq. Sünik vilayətinin qubernatoru Robert Qukasyan isə ilkin işlərin bir neçə ərazidə başladığını və hazırlıq mərhələsindən sonra genişmiqyaslı tikinti işlərinin aparılacağını açıqlayıb.

Qeyd edək ki, TRIPP yalnız dəmir yolu xəttindən ibarət deyil. Layihə çərçivəsində avtomobil yolu, enerji təchizatı xətləri və digər tranzit infrastrukturunun yaradılması da nəzərdə tutulur. ABŞ və Ermənistan arasında iyunda imzalanmış razılaşmaya əsasən, layihə şirkətində ABŞ hökumətinin 74 faiz paya sahib olması planlaşdırılır. Qafqazın geosiyasi xəritəsi yenidən cızılır… Əslində, baş verənlər sıradan bir infrastruktur layihəsinin başlanmasından daha böyük məna daşıyır. Söhbət uzun illərdir regionun nəqliyyat əlaqələrini məhdudlaşdıran maneələrin aradan qaldırılmasından, Azərbaycanı Naxçıvanla birləşdirəcək marşrutun formalaşdırılmasından və Şərqlə Qərb arasında yeni bağlantı imkanlarının yaranmasından gedir. Əgər layihə nəzərdə tutulduğu kimi tam reallaşarsa, bu, Cənubi Qafqazın son iki əsrdə formalaşmış geosiyasi və nəqliyyat mənzərəsində ciddi dəyişikliklərə səbəb ola bilər.

Regionun tranzit əhəmiyyəti artacaq, yeni iqtisadi əlaqələr yaranacaq, Türkiyə ilə Azərbaycan arasında quru bağlantısının genişlənməsi üçün əlavə imkanlar formalaşacaq. Eyni zamanda, Orta Dəhlizin potensialının artırılması baxımından da mühüm nəticələr ortaya çıxa bilər. Bu, təkcə Azərbaycanın Naxçıvanla əlaqəsinin təmin edilməsi deyil, həm də bütövlükdə Avrasiya nəqliyyat xəritəsində yeni mərhələnin başlanması deməkdir. Belə bir ssenaridə Qafqazın geosiyasi əhəmiyyəti yenidən müəyyənləşə, region böyük güclərin iqtisadi və nəqliyyat maraqlarının kəsişdiyi əsas məkanlardan birinə çevrilə bilər. Əgər layihə sona qədər həyata keçirilərsə, bu, yalnız Cənubi Qafqazın deyil, daha geniş Avrasiya məkanının nəqliyyat və iqtisadi münasibətlərində tarixi dəyişiklik yarada bilər.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR