İran ABŞ-yə: “Özünüzü biabır etməyi dayandırın”

İran ABŞ-yə: “Özünüzü biabır etməyi dayandırın”
Kateqoriya məlum deyil
T

İran parlamentinin sədr müavini Əli Nikzad ABŞ hökumətinin bölgədəki siyasətini tənqid edib.

Sfera.az xəbər verir ki, İRNA agentliyinin məlumatına görə, Nikzad ABŞ-yə müraciətində bildirib:

“Səhv edən ABŞ hökumətinə tövsiyəmiz budur ki, özünü daha da rüsvay etməsin və Yaxın Şərqi, eləcə də Fars körfəzi bölgəsini mümkün qədər tez tərk etsin”.

Nikzad ABŞ-nin İran ərazisindəki hərbi əməliyyatlarına da toxunaraq bildirib ki, İran ABŞ-nin hərbi bazalarına və gəmilərinə qarşı hücumlarda öz imkanlarının yalnız bir hissəsindən istifadə edib.

“Bu müharibə ABŞ-nin xəyali böyüklüyünü sarsıtdı. Bu gün beynəlxalq ictimaiyyət və azad xalqların oyanmış vicdanı reallığı daha aydın görür”, – deyə iranlı deputat əlavə edib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR