Logo

Avropada qazın qiyməti rekord qırır - Daha da artacaq

Avropada qazın qiyməti rekord qırır - Daha da artacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
0:00 0:00

Avropada təbii qazın hər min kubmetrinin qiyməti təxminən 1170 dollara yüksələrək son 4 ilin ən yüksək səviyyəsinə çatıb.

Sfera.az xəbər verir ki, Londonun ICE Birjası və Niderlandın TTF qaz qovşağının məlumatlarına əsasən, bu kəskin artımla qazın qiyməti 2022-ci ilin dekabrından bəri qeydə alınan ən pik həddə çatıb.

Bu sıçrayışın arxasında bir neçə ciddi qlobal amil dayanır. İlk növbədə, Yaxın Şərqdəki hərbi gərginlik və Hörmüz boğazındakı qeyri-sabitlik səbəbindən mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü iflic olub. Qlobal bazarda mühüm paya sahib olan Qətərin Avropaya tədarükləri ötən ilin eyni dövrü ilə müqayisədə 75-80% azalıb. Digər tərəfdən, Çin başda olmaqla Asiya ölkələrinin LNG-yə artan tələbatı regionlararası rəqabəti gücləndirib və Avropanı daha yüksək qiymət ödəməyə məcbur edir.

Mövcud böhranı dərinləşdirən digər əsas səbəb isə regiondakı qaz anbarlarının boşalmasıdır. Avropa Qaz İnfrastrukturunun (GIE) hesabatlarına görə, Avropa İttifaqının qaz anbarlarında doluluq səviyyəsi qış ərəfəsində cəmi 74,6% təşkil edir ki, bu da ötən ilki 90%-lik göstəricidən xeyli aşağıdır. Birliyin Enerji Komissarlığı artıq əhali və sənaye üçün olduqca çətin bir qışın başladığı barədə xəbərdarlıq edib. Analitiklər qış mövsümünün anomal sərt keçəcəyi təqdirdə qazın qiymətinin 1500 dollara qədər yüksələ biləcəyini proqnozlaşdırırlar.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR