Logo

Türkiyə Cümhuriyyəti qeyd edir

Türkiyə Cümhuriyyəti qeyd edir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
0:00 0:00

Oktyabrn 29-da Türkiyədə Cümhuriyyət Bayramı qeyd olunur.

Bayram Türkiyə Respublikasının qurulmasının ildönümünə həsr olunub və ölkənin ən mühüm milli bayramlarından biri hesab edilir.

Sfera.az xəbər verir ki, 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi respublika idarəetmə formasını elan edib. Bununla da Mustafa Kamal Atatürkün rəhbərliyi ilə aparılan Milli Mübarizədən sonra Türkiyənin dövlət idarəçiliyində yeni mərhələnin əsası qoyulub.

Cümhuriyyətin elan edilməsi ilə Mustafa Kamal Atatürk Türkiyə Respublikasının ilk prezidenti seçilib. Bu tarixi hadisə ölkədə milli suverenliyin və respublika idarəetmə sisteminin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. 29 oktyabr Cümhuriyyət Bayramı 1925-ci ildə rəsmi milli bayram statusu alıb. Hər il Türkiyədə və ölkənin xaricdəki diplomatik nümayəndəliklərində müxtəlif tədbirlər, rəsmi mərasimlər və konsertlər təşkil olunur.

Qeyd edək ki, Türkiyədə Cümhuriyyət Bayramı hər il oktyabrın 29-da qeyd edilir və respublikanın qurulmasının tarixi əhəmiyyətini simvolizə edir.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR