Ekran qarşısında çox qalırsınızsa, bunları edin

Ekran qarşısında çox qalırsınızsa, bunları edin
Kateqoriya məlum deyil
T

Gün ərzində uzun müddət telefon, planşet və kompüter ekranına baxmaq gözlərdə quruluq, yanma, yorğunluq və qıcıqlanma yarada bilər. Ekrana fokuslanarkən göz qırpma tezliyinin azalması da bu narahatlığı artırır. Yorğun gözləri rahatlatmaq üçün evdə sadə üsullardan yararlanmaq mümkündür.

Sfera.az həmin üsulları təqdim edir.

Çobanyastığı çayı kompresi

Soyudulmuş çobanyastığı çayı göz ətrafında rahatlıq hissi yarada bilər. Bunun üçün iki paket çay dəmlənir, soyudulur və qapalı gözlərin üzərinə 10-15 dəqiqə yerləşdirilir.

Xiyar suyu və süd

Xiyarın tərkibindəki yüksək su miqdarı göz ətrafında sərinlik və təravət hissi yarada bilər. Bərabər miqdarda soyuq süd və təzə xiyar suyu qarışdırılır, pambıqla göz qapaqlarına çəkilir və 10 dəqiqə saxlanıldıqdan sonra yuyulur.

“Palminq” üsulu

Gözləri ekrandan uzaqlaşdıraraq dincəltməyin sadə yollarından biri də “palminq” üsuludur. Əllər bir-birinə sürtülərək isidilir və qapalı gözlərin üzərinə işıq keçirməyəcək şəkildə yerləşdirilir. Təxminən 1 dəqiqə sakit nəfəs almaq gözlərin rahatlamasına kömək edə bilər.

Göz quruluğu, yanma və bulanıq görmə davamlı olarsa, səbəbin müəyyənləşdirilməsi üçün göz həkiminə müraciət etmək tövsiyə olunur.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR