Logo

30 yaşdan sonra bu səhvlər dərini qocaldır – kosmetoloqdan XƏBƏRDARLIQ

30 yaşdan sonra bu səhvlər dərini qocaldır – kosmetoloqdan XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
0:00 0:00

30 yaşdan sonra bəzi gündəlik dəriyə qulluq vərdişləri qırışların daha nəzərəçarpan olmasına səbəb ola bilər. Xüsusilə skrablardan və turşulardan tez-tez istifadə etmək dərinin qoruyucu baryerini zədələyərək quruluq, qıcıqlanma və qabıqlanma yarada bilər.

Sfera.az xəbər verir ki, bu barədə rusiyalı həkim-kosmetoloq Anastasiya Savina Life.ru-ya açıqlamasında danışıb.

Mütəxəssisin sözlərinə görə, 30 yaşdan sonra dəridə kollagen və elastin istehsalı tədricən azalır, hüceyrələrin yenilənməsi yavaşlayır və dəri əvvəlki kimi nəm saxlaya bilmir. Yanlış qulluq və qeyri-sağlam həyat tərzi isə yaşlanma əlamətlərini daha nəzərəçarpan edə bilər.

Kosmetoloq bildirib ki, dərinin vəziyyətinə yuxu rejimi, qidalanma və orqanizmin ümumi sağlamlığı da təsir göstərir. O, dərinin günəşə açıq hissələrini ultrabənövşəyi şüalardan qorumaq üçün ilboyu ən azı SPF 30 olan, geniş spektrli günəşdən qoruyucu vasitələrdən istifadə etməyi tövsiyə edib.

Savina siqaretdən uzaq durmağın da vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, tütünün tərkibindəki maddələr oksidləşdirici stressi artırır, toxumaların qanla təchizatını pisləşdirir, kollagen və elastinin parçalanmasını sürətləndirir.

Ekspertin diqqət çəkdiyi digər məqam isə dəriyə həddindən artıq qulluq edilməsidir. Skrablardan, turşulardan və spirt tərkibli vasitələrdən tez-tez istifadə etmək, eləcə də bir neçə aktiv komponenti eyni vaxtda tətbiq etmək dərinin qoruyucu baryerini zədələyə bilər. Nəticədə yaranan quruluq, qıcıqlanma və qabıqlanma xırda qırışların daha aydın görünməsinə səbəb ola bilər.

Kosmetoloq üzü isti deyil, ilıq su ilə yumağı, yumşaq təmizləyici vasitələrdən istifadə etməyi və prosedurdan sonra nəmləndirici krem çəkməyi məsləhət görüb.

Beləliklə, dərinin daha sağlam və gənc görünməsi üçün yalnız bahalı kosmetik vasitələrə deyil, düzgün qulluq qaydalarına, günəşdən qorunmağa və sağlam həyat tərzinə də diqqət yetirmək vacibdir.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR