Netanyahu İrana xəbərdarlıq etdi

Netanyahu İrana xəbərdarlıq etdi
Kateqoriya məlum deyil
T

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ ilə İran arasında danışıqların davam etdiyi bir vaxtda İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün zərurət yaranarsa İsrailin təkbaşına da hərəkətə keçə biləcəyini bildirib.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu bu barədə sionizmin banisi Teodor Hertslin Serbiyadan Qüdsə gətirilən nənə və babasının dəfn mərasimində çıxışı zamanı danışıb.

Baş nazir bildirib ki, İran İnqilab Keşikçiləri Korpusunun komandirlərindən birinin ölkənin nüvə proqramını davam etdirmək niyyətində olduqlarına dair açıqlaması narahatlıq doğurur.

“İsrailin Baş naziri kimi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qətiyyətliyəm”, – deyə Netanyahu vurğulayıb.

O, ABŞ və Prezident Donald Trampın İsrailin ən yaxın dostu və müttəfiqi olduğunu desə də ölkəsinin təhlükəsizliyi məsələsində güzəştə getməyəcəklərini bildirib.

“İsrailin mövcudluğu heç vaxt müzakirə mövzusu ola bilməz. Ölkəmizin təhlükəsizliyini və gələcəyini təmin etmək üçün lazım olan bütün addımları atmağa hazırıq”, – deyə Baş nazir əlavə edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Vaşinqton və Tehran rəsmiləri arasında danışıqların müsbət keçdiyini bildirərək, “Əsas məsələ nəticə əldə etməkdir. Onlar razılığa gəlmək istəyirlər. Hadisələrin necə inkişaf edəcəyini görəcəyik”, – deyə açıqlama verib.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR