Logo

238 nömrəli məktəbdə möhtəşəm Zəfər Günü tədbiri

238 nömrəli məktəbdə möhtəşəm Zəfər Günü tədbiri
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

238 nömrəli tam orta ümumtəhsil məktəbində 8 Noyabr - Zəfər Günü münasibətilə “ZƏFƏR - Bir millətin yaddaşı, bir xalqın gələcəyi” adlı ədəbi-bədii tədbir, həmçinin 5B sinfində bayram tədbiri təşkil olunub.

Sfera.az xəbər verir ki, ədəbi-bədii tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin müəllimləri Könül Eyvazova, Günel Hüseynova və Jalə Quluzadənin təşkilatçılığı ilə keçirilən tədbirdə yuxarı sinif şagirdləri Zəfər Gününün tarixi əhəmiyyəti, milli birlik, vətənpərvərlik və qəhrəmanlıq mövzularında çıxışlar ediblər.

Şagirdlər Vətənə, torpağa və şəhidlərin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirib, vətənpərvərlik ruhunda mahnılar ifa edib, rəqslər və müxtəlif səhnəciklər nümayiş etdiriblər. Təqdim olunan bədii kompozisiyalarda Azərbaycanın şanlı Zəfər tarixi, xalqın milli iradəsi və qəhrəmanlıq salnaməsi əks olunub.

Tədbirin sonunda məktəbin direktoru Xuraman Osmanova çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin Azərbaycan xalqının milli qürur və iftixar mənbəyi olduğunu vurğulayıb.

Direktor Zəfərin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsinin, beynəlxalq müstəvidə həyata keçirdiyi siyasətin və Azərbaycan Ordusunun qəhrəmanlığının mühüm rol oynadığını bildirib. O, şəhidlərin xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını qeyd edib.

Xuraman Osmanova tədbirin təşkilində əməyi olan müəllimlərə və fəal iştirak edən şagirdlərə təşəkkürünü çatdırıb. O, bu cür tədbirlərin gənc nəslin vətənpərvərlik, dövlətçilik və milli-mənəvi dəyərlər ruhunda yetişməsində əhəmiyyətini diqqətə çatdırıb.

Zəfər Günü münasibətilə məktəbin 5B sinfində də xüsusi bayram tədbiri keçirilib.

Azərbaycan dili müəllimi Aytac İsmayılzadənin təşkilatçılığı ilə baş tutan tədbirdə şagirdlər Vətən müharibəsində qəhrəmanlıq göstərmiş şəhidlərin həyat və döyüş yoluna dair təqdimatlarla çıxış ediblər.

Təqdimatlar zamanı şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub, Vətən sevgisi, qəhrəmanlıq, milli birlik və fədakarlıq kimi dəyərlərin əhəmiyyəti vurğulanıb.

Şahanə Ziyad

Sfera.az

238 nömrəli məktəbdə möhtəşəm Zəfər Günü tədbiri — foto 1
238 nömrəli məktəbdə möhtəşəm Zəfər Günü tədbiri — foto 2
238 nömrəli məktəbdə möhtəşəm Zəfər Günü tədbiri — foto 3
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR