Kəpənək kimi uçub getmək istəmirəm dedi - Dostlarına yazdığı məktublar hərraca çıxarılır
Ölümündən 25 il keçməsinə baxmayaraq, sevənləri onu unutmayıb. O, sağ qalsaydı, bu vəziyyət yenə belə olacaqdı, yoxsa başqa bir yol gedəcəkdi, bilinmir, amma Britaniya kral ailəsinin “bədbəxt gəlini” Diana bir neçə nəslin yaddaşında qalıb. Ailədəki hər həyat dəyişikliyində, oğullarının davasında, nəvələrindən sonra ailədə baş verən hər şeydə, bir sözlə, külək kimi gəlib keçdiyi ailədə onun adı hallanır. Xülasə, Diana Frensis Spenser və ya daha çox Şahzadə Diana kimi tanınan, ölümündən dörddə