“Şirin aqressiya” - Heyvan balalarının şəkillərinə baxmaq insanlara necə təsir edir?
İt, pişik və digər sevimli heyvanların şirin fotoşəkillərinə baxmaq ən böyük anti-stressdir. Bu şəkilləri vərəqləyərək saatlarla telefon ekranında oturub bütün problemlərdən yayına bilərsiniz. Bununla belə, stomatoloqlar xəbərdarlıq edir ki, bu, sağlamlığımız üçün təhlükəli də ola bilər. Sfera.az bildirir ki, Londonda yaşayan diş həkimi Dr.Rizvan Mahmudun sözlərinə görə, insanlar sevimli heyvan şəkillərini vərəqləyərkən bəzən “bu, çox şirindir, mən onu dişləəyə bilərəm” deyə fikirləşirlər.