Alimlər 9 alpinistin müəmmalı və faciəli ölümünün sirrini necə açdılar?

Alimlər 9 alpinistin müəmmalı və faciəli ölümünün sirrini necə açdılar?

1959-cu ildə Ural dağlarında 9 yeniyetmə müəmmalı şəkildə ölür. Bu faciəli hadisəni üzə çıxaran isə alimlər olur.


Sfera.az bu əsrarəngiz hadisə ilə bağlı əfsanəni eşitməyənlər üçün xülasə verir.


Ural Texniki Universitetinin 9 tələbəsi 28 yanvar 1959-cu ildə Ural dağlarına səyahətə çıxır, lakin marşrut səfər üçün ən çətin şərtlərə malik idi. Təcrübəli komanda rəhbəri İqor Dyatlovun rəhbərliyi altında iki həftəlik macəraya şaxtalı soyuqla mübarizə apararaq başlayırlar.


Mübarizənin sonunda komandanın səfəri başa vurmalı olduğu fevralın 12-si gələndə min bir çətinlik başlayır...
 

Son dayanacaqda, Vizhaidə onlardan teleqram gözləyən idman klublarına xəbər çatmayıb. Qrupun rəhbəri Dyatlova hesabat vermək tapşırılmışdı və ondan da xəbər yox idi. Bunun sadə bir gecikmə olduğunu düşünən idman klubu işi ciddiyə almasa da, gözləmə müddəti uzadıldığından axtarış fəaliyyətlərinə başlayıblar.
Təyyarələr və helikopterlər itkin düşmüş heyəti günlərlə axtarırdı.
 

Axtarış səyləri nəticəsində hədəf təyinat məntəqəsindən düz 10 kilometr aralıda dağıdılmış çadır tapılıb. Bir az irəlidə tonqalın yanında yalnız alt paltarları olan iki cansız bədənə rast gəliblər. Bu ərazidə axtarışlar ətraflı aparıldıqda çadırlarla tonqal arasında daha üç cəsəd tapılıb.
 

Cırıq çadırın içərisində -30 dərəcədə alt paltarında tapılan alpinistlərin bütün geyimləri bütöv vəziyyətdə olub. Təbii ki, ilk baxışda bunun məntiqli açıqlaması yoxdur. Qrup üzvləri də iki aylıq axtarışdan sonra tapılır.


Maraqlısı odur ki, alpinistlər öz paltarlarını yox, bir-birlərinin paltarlarını geyiniblər.



Bəzi zərbə izlərinə rast gəlinsə də, onların heç biri iz buraxmayıb və daha da vacibi bu zərbələr həyati təhlükə göstərəcək tipdə olmayıb. Bəzilərinin gözü və dili olmasa da, heç birində çapıq ya da yara izi belə olmayıb. Yəni hücumun olmadığı hesab edilir.



Nə qədər araşdırma aparılırsa, aparılsın, həlli mümkün olmayacaq kimi görünsə də, elə bir ipucu ortaya çıxır ki...



Komandanın geyimində radioaktiv qalıqlar tapılır. Ərazidə nə insan, nə də canlı izi yox idisə, bəs bu necə olub?


KQB hadisəni həll edə bilməyib, tez-tələsik arxivləşdirir.Faciəli hadisəni xatırlamaq üçün hadisənin baş verdiyi keçidə qrup rəhbəri İqor Dyatlovun adı verilir.
 

O ildən bəri elm adamları bu məsələni araşdırmağa davam etdilər, çünki buradakı sirr sadəcə arxivdə qalmamalı idi. Zarafat deyil, doqquz insanın həyatına son qoyulmuşdu.
 

ETH Zürich-in geotexniki mühəndisi Alexander Puzrin, o günlərdə baş verən zəlzələnin keçiddə hadisələrə səbəb ola və anidən uçqun yarada biləcəyini izah edən bir araşdırma nəşr edir. Dyatlov aşırımı hadisəsindən xəbərsiz olduğu üçün bu hadisə ilə bağlı xüsusi araşdırmaları yox idi.Yohan Qaume ilə qollarını çırmalayıb yeni bir fərziyə və model yaratmağa başladılar.
 

Dyatlov aşırımında yerli relyefi modelləşdirdilər, orada qarın yaratdığı sürtünmə dəyərlərini və yamac bucaqlarını hesabladılar...
 

Onlar simulyasiya yaradıb və qar lövhəsinin hərəkətindən sonra uçqun dinamikasının insan orqanizminə təsirini araşdırıblar.
 

Müəmmalı faciəvi hadisənin sirrini açmaq üçün o qədər təfərrüatlı düsturlar və modellərdən istifadə edildi ki, orada baş verənlərin ən möhkəm nəzəriyyəsini formalaşdıra biləcək nöqtəyə gəldilər.
 

Baş verən o oldu ki, ərazinin qeyri-bərabər relyefi çadır qurmaq üçün uyğun olmayıb. Çadır qurulandan sonra ərazidə küləyin yaratdığı qar yığılması uçquna səbəb olub və kiçik zəlzələ baş verib.


Çadırlar pandus rolunu oynadığından dağılmayıb, lakin komanda üzvlərinin bəxti o qədər də yaxşı olmayıb.

Expertiza yarılma nəticələrinə uyğun gəldiyi kimi, gənclər qaçmağa çalışarkən, bir sıra xəsarətlər meydana gəlib və komanda ətrafa atılaraq ölüb. Yəni onların niyə müxtəlif yerlərdə olduqları, geyinmiş vəziyyətdə olduqları anlaşılırdı. Bəziləri hipotermiyadan, bəziləri isə aldığı xəsarətlərdən ölüb. Bəs, radioaktiv izlərin yaranmasına nə səbəb oldu?


Komandanın istifadə etdikləri bir neçə düşərgə fənərləri var idi. Görünür, onlarda olan torium fənərlər partladıqdan sonra bədənlərinə sıçrayıb.


Bəzilərinin gözləri və dillərinin olmaması isə yırtıcı quşların işi ola bilərdi, amma başqa çapıqların olmaması bu işi aydınlaşdırmağa tam imkan verməyib.

 

Aynil

 


OXŞAR XƏBƏRLƏR