"Unudulmaq istəyirdim"
Aparıcı Samirə Mustafayeva bir vaxtlar mediadan uzaqlaşmasından danışıb. Sfera.az xəbər verir ki, o, bu barədə "Künc-bucaq" yutub layihəsində danışıb. Samirə bildirib ki, televiziyadan uzaqlaşdığı dövrdə insanların onu unutmasını istəyib: "Bir ərəfə var idi ki, televiziyadan getdiyimi düşünmüşdüm. Tam darıxmırdım. Amma istəyirdim haqqımda yazmasınlar. Hətta müsahibə vermirdim, fotolarımı yayımlamırdım ki, məni unutsunlar. İnciklik deməzdim, sadəcə uzaqlaşmağımın rahatlığını yaşamaq istəyirdim"