"Avropada müğənnilər məni təkrarlayırlar"

"Avropada müğənnilər məni təkrarlayırlar"
Kateqoriya məlum deyil
T

"Evim elə muzeydir. Hərdən qarderobumu görə bilmirəm. Bir geyimi tapmaq üçün bütün qutuları, qarderobu boşaltmalı oluram. Evim aksessuarlarla da doludur".

Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" proqramında deyib. Müğənni evindəki geyim və əşyalarının çoxluğundan danışıb:

Müğənni əlavə edib ki, evindəki əşyaların çoxluğu səbəbindən notlarını, kitablarını və hətta mahnılarını da rahat tapa bilmir:

"Evim çox doludur. Geyimlərimi, notlarımı, kitablarımı görə bilmirəm. Mahnılarıma da evdə yer yoxdur. Özümə hərdən sual verirəm ki, bu zənginlikdir, yoxsa israfçılıq? Deyirlər, paltarları kiməsə ver. Amma birini bu gün geyinmirəmsə, gələcəkdə hansısa konsertdə istifadə edəcəyəm".

E.Seyidcahan illər əvvəlki fərqli geyim tərzinin sonradan başqaları tərəfindən təkrarlanmasından məmnun olduğunu da vurğulayıb:

"Məni təkrarlayanları görəndə sevinirəm. Bir vaxtlar məni qəbul etmirdilər. Sonra gördülər ki, Avropada müğənnilər də mənim tərzimi təkrarlayır. 20-30 il əvvəlki müğənnilərə baxın, səhnəyə lüt çıxırdılar. İndi hamısı ekstravaqnt olublar. İndi bir də Elzaya baxın. Mən edəndə həvəsdən salmağa çalışırdılar, illər keçdi, indi isə eyni üslubu təkrarlayırlar. Allah məni o qədər təriflə yaradıb ki, bəndələr nə qədər tərifləsə də onun yanında cılız qalacaq"."

PAYLAŞ