Açıq-saçıq səhnələrə çəkildi, atası aktrisa olmağına etiraz etdi - Hansı aktyorlar onun üstündə davaya çıxdılar?
Bu gün aktrisa, Əməkdar artist Zemfira Sadıxovanın ad günüdür. Sfera.az bu münasibətlə aktrisa haqqında maraqlı faktları təqdim edir. Zemfira Emin qızı Sadıxova 17 iyun, 1939-cu ildə Bakıda anadan olub. Ailədə üç uşaq olublar: iki bacı, bir qardaş. Gənc yaşından teatr və kinoya məhəbbəti olub. Anası ilə şəhər kinoteatrlarına gətirilən bütün filmlərə gedib baxmağa çalışırmış. “Vətən”, “Azərbaycan”, “Nizami”, “Araz” kinoteatrları onların ən çox getdikləri məkan olur. Gələcəyin aktrisasını kinoya