Bu kişilər porno videolara baxa bilməyəcəklər – Yeni cihaz hazırlandı

Bu kişilər porno videolara baxa bilməyəcəklər – Yeni cihaz hazırlandı

“The Independent” qəzetinin xəbərinə görə, çinli tədqiqatçılar kişilərin “fikirlərini oxuyaraq” pornoya baxdıqları zamanı müəyyən edə biləcək bir cihaz hazırlayıblar.

 

Sfera.az xəbər verir ki, “South China Morning Post” tərəfindən təqdim edilən yeni cihaz ədəbsiz məzmunun yaratdığı beyin dalğalarını aşkar etməklə Çinin internet senzurasına töhfə verəcək.

 

Araşdırmanı dərc edən Pekin Jiaotong Universitetinin elektrik mühəndisliyi təcrübə mərkəzinin direktoru Xu Jianjun bildirib ki, prototip cihaz "pis məlumatları aşkar etmək üçün" hazırlanıb.

 

Beyin ədəbsiz görüntüləri aşkar etdikdə həyəcan siqnalı verən cihaz kompüter ekranı qarşısında oturan 15 kişi universitet tələbəsinə taxılaraq sınaqdan keçirilib.

 

Məlumatlara görə, maşının dəqiqliyi 80 faizdir. Ancaq adının açıqlanmasını istəməyən bir tədqiqatçı cihazın etik problemlər yarada biləcəyini söyləyib.

 

Çin səlahiyyətliləri sosial mediada uyğunsuz hesab etdikləri məzmuna nəzarət etmək üçün jian huang shi (porno qiymətləndiriciləri) adlı peşəkar senzorlardan istifadə edirlər.

 

Qeyd edək ki, Çində pornoqrafiya qanunsuzdur.

 

İnci


OXŞAR XƏBƏRLƏR

Dolaba qoyduğu qeyd sayəsində öz qətlinin sirrini açan gənc qadın - FOTO

Təxminən 15 il əvvəl ABŞ-da yaşayan Qriselda Kassamajor adlı qadın işlədiyi masaj salonunda ölü tapılmış və onun qətlinin sirri uzun müddət açılmamış qalmışdır....

Azərbaycan Dili və Əlifbası Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.   Sfera.az xatırladır ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin...

Gəlin daim başqalarının paketini icazəsiz açan qayınanadan intiqam aldı

Britaniyalı qadın mütəmadi olaraq paketləri açan qayınanasının hərəkətlərindən bezib.    O, qayınanasının həyasızlığı ilə üzləşdiyini deyib. Qad...

Rəsmi Bakıdan Rusiyaya XƏBƏRDARLIQ

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Xankəndidə İvan Azvazovskinin büstünün sökülməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndə...

Nasistlərin heç vaxt tapmadığı sirli xəstəxana - FOTO

Franja Partizan Xəstəxanası Sloveniyanın qərbindəki Pasica vadisində gizlənmiş İkinci Dünya Müharibəsi dövründə gizli bir xəstəxana idi.   Sfera.az b...

Şimali Koreyada bu əşyaların satışı qadağan edilib

Şimali Koreyada həyat dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə fərqlənən qaydalar və məhdudiyyətlərlə idarə olunur. Ölkədə bir çox məişət əşyalarının sat...