Türkiyənin \"Diva\"sı üçün 1,5 milyonluq məzar - Lifti də olacaq

Türkiyənin \

"Diva" ləqəbli müğənni Bülənt Ərsoyun meneceri Fevzi Siverek qəbiristanlıqda çəkilən və gündəm olan videosu ilə bağlı açıqlama yayıb.

 

Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Fevzi Siverek məzarın quruluşu haqqında danışaraq bunun 1,5 milyon lirəyə (təqribən 146 min 897 manat) başa gələcəyini bildirib:

 

"Zincirlikuyuda Bülənt xanım üçün dəfn yeri düzəltdim. Amma pərəstişkarları ona çata bilməsin deyə bunu bir az dərin edəcəyik. Dərin olacağı üçün Bülənt xanımın məzarına lift quraşdıracağıq. Onu liftlə endirəcəyik. Lift isə şifrələnəcək. Qəbri sadə edəcəyik. Təbii ki, 27 illik dostum və ailəm olan Bülənt xanımı dəfn etmək istəmirəm. Məndən əvvəl ölsə, 3 nəfərlik dəfn yeri hazırdır. Büdcə də ayırmışıq. Qəbrin tamamlanması, sistem və sair 1,5 milyon lirəyə başa gələcək”.

 

Qeyd edək ki, sosial şəbəkələrdə yayımlanan görüntülərdə Bülənt atası Fikrət Erkoçun dəfnində məzar ölçülərinə görə standarta uyğun gəlmədiyini bildirib.


OXŞAR XƏBƏRLƏR

Dolaba qoyduğu qeyd sayəsində öz qətlinin sirrini açan gənc qadın - FOTO

Təxminən 15 il əvvəl ABŞ-da yaşayan Qriselda Kassamajor adlı qadın işlədiyi masaj salonunda ölü tapılmış və onun qətlinin sirri uzun müddət açılmamış qalmışdır....

Azərbaycan Dili və Əlifbası Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.   Sfera.az xatırladır ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin...

Gəlin daim başqalarının paketini icazəsiz açan qayınanadan intiqam aldı

Britaniyalı qadın mütəmadi olaraq paketləri açan qayınanasının hərəkətlərindən bezib.    O, qayınanasının həyasızlığı ilə üzləşdiyini deyib. Qad...

Rəsmi Bakıdan Rusiyaya XƏBƏRDARLIQ

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Xankəndidə İvan Azvazovskinin büstünün sökülməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndə...

Nasistlərin heç vaxt tapmadığı sirli xəstəxana - FOTO

Franja Partizan Xəstəxanası Sloveniyanın qərbindəki Pasica vadisində gizlənmiş İkinci Dünya Müharibəsi dövründə gizli bir xəstəxana idi.   Sfera.az b...

Şimali Koreyada bu əşyaların satışı qadağan edilib

Şimali Koreyada həyat dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə fərqlənən qaydalar və məhdudiyyətlərlə idarə olunur. Ölkədə bir çox məişət əşyalarının sat...