Logo

"Recep İvedik 7" filmindən ilk kadrlar yayımlandı - VİDEO

"Recep İvedik 7" filmindən ilk kadrlar yayımlandı - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin ən çox izlənilən komediyalardan olan “Recep İvedik" filmlərinin 7-cisi izləyici qarşısına çıxacaq.

Sfera.az xəbər verir ki, artıq filmdən ilk kadrlar yayımlanıb.

Çəkilişləri bu yaxınlarda başlayan filmdə Şahan Gökbakarı Öznur Serçeler, İrfan Kangi, Murat Ergür, Eray Türk və Nurullah Çələbi müşayiət edir.

Yeni filmdə şəhər həyatından və iqtisadi şəraitdən bezən Recep İvedik ən yaxın dostu Nurullahı da götürərək nənəsindən miras qalan kənd evinə getməyə qərar verir.
Kənd həyatından zövq alarkən kəndə və ətrafdakı meşələrə zərər verəcək böyük bir layihənin varlığından xəbərdar olan Recep İvedik kəndlilərlə əl-ələ verərək bu layihəyə qarşı həyəcanlı və gülməli macəraya atılacaq.

Səbirsizliklə gözlənilən "Recep İvedik 7" tezliklə yalnız "Disney+"da olacaq.

Turan Rzayev 
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR