“O, məni bazar günündən çərşənbə gününə kimi zorladı” - Məşhur rejissor məhkəmə qarşısında

“O, məni bazar günündən çərşənbə gününə kimi zorladı” - Məşhur rejissor məhkəmə qarşısında

“Ceyms Bond” seriyasındakı bəzi filmlərin ssenari komandasında olan, “Oskar” mükafatlı rejissor Paul Haqqis haqqında inanılmaz iddialar səsləndirilib.

 

Sfera.az bildirir ki, adı açıqlanmayan 30 yaşlı qadın məşhur rejissorun İtaliyadakı istirahət evlərinin birində günlərlə ona təcavüz etdiyini, daha sonra hava limanına atdığını iddia edib. Bu hadisələrdən sonra gənc qadına tibbi yardım göstərildiyi də bildirilib. Dünən İtaliyada qapalı şəkildə məhkəmə qarşısına çıxan Paul Haqqisin vəkili isə bütün iddiaları təkzib edib. Vəkil Priya Çadri rejissorun günahsızlığının tezliklə üzə çıxacağını söyləyib. Açıqlamaya görə, Paul hadisələr zamanı “Puglia” Film Festivalı üçün ölkədə olub.

 

Rejissor isə bir müddətdir İtaliyada oteldə saxlanılır. Məhkəmə bu prosesin uzadılmasına qərar verib. Haqqisin təcavüzünə məruz qaldığı iddia edilən gənc qadının vəkilləri onun həbs olunmasını tələb ediblər. Təcavüzə uğradığı iddia edilən qadın həmçinin ifadəsində Paulu bir müddətdir tanıdığını bildirib. Brindizidə Haqqislə görüşdüklərini deyən zərərçəkən "Əslində birlikdə işləyəcəkdik. Amma əvəzində o, məni bazar günündən çərşənbə gününə kimi zorladı. Sonra məni Brindisi hava limanına atdı” deyə söyləyib. Polisin məlumatına görə, gənc qadın hava limanının bir küncündə stüardessa tərəfindən tapılıb. Onu tapan stüardessa da ifadəsində gənc qadının ruhdan düşdüyünü və çətinliklə danışdığını bildirib. Şahid ifadələrində də hava limanının klinikasında həkim qrupları tərəfindən nəzarətə götürülən qadının həm fiziki, həm də ruhi vəziyyətinin pis olduğu vurğulanıb.

 

Haqqis isə məhkəmədə Monte Karloda gənc qadınla qısa söhbət etdiklərini və onun “Ceyms Bond” filmində rol almağı nə qədər çox istədiyini dediyini iddia edib. Rejissorun sözlərinə  görə, qadın daha sonra ona çəkdirdiyi fotoşəkili göndərib, hətta onunla görüşməkdən böyük şərəf duyduğunu bildirib:

 

“Onunla Brindisi yaxınlığındakı Ostunidə görüşdük. Qaldığımız otelə getdik və o, məni ehtirasla öpməyə başladı. Həmin gün onunla birlikdə oldum, lakin razılığı var idi. Bir müddət sonra dostları ilə görüşüb içkili vəziyyətdə geri döndü. Sonda onu Brindisi hava limanına ötürdüm. Hətta məndən pul istədi, amma vermədim”.

 

Qeyd edək ki, bu, Paul Haqqisin üzləşdiyi ilk təcavüz iddiası deyil. Rejissor və ssenarist 2018-ci ildə də oxşar ittihamla üzləşib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Dolaba qoyduğu qeyd sayəsində öz qətlinin sirrini açan gənc qadın - FOTO

Təxminən 15 il əvvəl ABŞ-da yaşayan Qriselda Kassamajor adlı qadın işlədiyi masaj salonunda ölü tapılmış və onun qətlinin sirri uzun müddət açılmamış qalmışdır....

Azərbaycan Dili və Əlifbası Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.   Sfera.az xatırladır ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin...

Gəlin daim başqalarının paketini icazəsiz açan qayınanadan intiqam aldı

Britaniyalı qadın mütəmadi olaraq paketləri açan qayınanasının hərəkətlərindən bezib.    O, qayınanasının həyasızlığı ilə üzləşdiyini deyib. Qad...

Rəsmi Bakıdan Rusiyaya XƏBƏRDARLIQ

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Xankəndidə İvan Azvazovskinin büstünün sökülməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndə...

Nasistlərin heç vaxt tapmadığı sirli xəstəxana - FOTO

Franja Partizan Xəstəxanası Sloveniyanın qərbindəki Pasica vadisində gizlənmiş İkinci Dünya Müharibəsi dövründə gizli bir xəstəxana idi.   Sfera.az b...

Şimali Koreyada bu əşyaların satışı qadağan edilib

Şimali Koreyada həyat dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə fərqlənən qaydalar və məhdudiyyətlərlə idarə olunur. Ölkədə bir çox məişət əşyalarının sat...