“Atam futbola baxanda qohumumuz evin mebellərini aparmışdı...” - VİDEO
Xalq artisti Afaq Bəşirqızı atası Bəşir Səfəroğlunun futbola bağlılığından danışıb. Sfera.az xəbər verir ki, o, Milli Teatr Günündə PFL-in saytına müsahibə verib. A.Bəşirqızı bildirib ki, atasının evdə tək futbola baxmasından qorxublar: “Bir dəfə başımıza oyun gəldi. Atam evin mebellərini tez-tez yeniləyərdi. Növbəti dəfə evin mebellərini dəyişmək ərəfəsində qohumu gəlir bizə. Görür ki, atam futbola baxır. Deyir ki, ay Bəşir, nə var, nə yox? Atam da cavab verir ki, heç nə, dayan indi