Acun Ilıcalıdan haqqındakı ittihamlarla bağlı açıqlama


Acun Ilıcalıdan haqqındakı ittihamlarla bağlı açıqlama

Türkiyənin İstanbul şəhərində qanunsuz mərc oyunları ilə bağlı aparılan araşdırmalar çərçivəsində barəsində 5 il 3 ay həbs cəzası tələb olunan iş adamı Acun Ilıcalı ittihamlarla bağlı açıqlama edib.

 

Sfera.az xəbər verir ki, Acun TV proqramlarının birində bu məsələyə münasibət bildirib.

 

İlıcalı özünün günahsız olduğunu vurğulayıb:

 

"Xaricdən aldığım oyunları yayımlayanda stadionda reklamlar olur. Ancaq hər yerdə başlıqlarda mənim adım çəkilir! Mən nə etmişəm ki? Milli matçı yayımladım, stadionda qeyri-qanuni reklam var, mən nə edə bilərdim ki?

 

Sadəcə olaraq xaricdən matçı almışam heç bir müdaxiləm olmayıb. Aydın şəkildə soruşmaq istəyirəm: Niyə bu mövzularda danışılmır? Görünür, müəyyən bir qrup məni hədəf alıb və məsələ məhkəməyə qədər gəlib. Amma məhkəmənin olması həmin hadisənin cinayət olduğunu sübut etmir. Hətta hələ qərar verilməyib.

 

Mənə irəli sürülən ittiham yayımlayıcı olaraq bu görüntüləri göstərməyimdir. Xaricdən alındığı üçün eyni vəziyyəti yaşayan 5-6 televiziya kanalı var. Hamımız eyni çətinliklərlə üzləşirik. Bu reklamlar avtomatik olaraq keçir, bizim müdaxiləmiz mümkün deyil. Mənim müdafiəm də məhz bu prinsiplədir.

 

Məni mərc oyunları ilə əlaqələndirməyə çalışmaq tamamilə başqa bir məqsəddir. Böhtanların atılacağını gözləyirdim, amma məni mərc məsələsi ilə əlaqələndirmək absurd bir şeydir. Mən UEFA-dan matç almışam. Burada mənim edə biləcəyim heç bir şey yoxdur. Buna görə də ədalətə inanmaqdayam.

 

Mənim üçün heç bir problem yoxdur, çünki ortada başqa heç bir şey yoxdur. Əgər desələr ki, mərc şirkəti ilə müqavilə bağlayıb, pulun yarısını almışam - buyurun, buradayam. Amma belə bir şeyin sübut edilməsi mümkün deyil, çünki belə bir şey baş verməyib."

 

Xatırladaq ki, ittiham aktında "TV8" və EXXEN platformalarında yayımlanan futbol matçları zamanı qanunsuz mərc saytlarının reklam edildiyi bildirilir. İşlə bağlı ümumilikdə səkkiz nəfər təqsirləndirilir. Acun Ilıcalı iyul ayında məhkəməyə çıxacaq. 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan XİN Pakistandakı terror aktı ilə bağlı bəyanat yaydı

Pakistan sərnişin qatarında faciəli insan tələfatı ilə nəticələnən terror aktı ilə bağlı xəbər bizi sarsıtdı və dərindən kədərləndirdi.   Sfera.az xə...

Kürdəmirdə faciə: qatarın qarşısına qəfil çıxan şəxs öldü

Bu gün saat 19:00 radələrində Kürdəmir rayonu Qarabucaq kəndi yaxınlığında qəflətən bir nəfər kişi Bakı-Ağstafa istiqamətində hərəkət edən sürətli sərnişin qata...

Zakir Həsənov mayora yeni vəzifə verdi

"Azərbaycan Ordusu" qəzetinə yeni redaktor təyin olunub.   Sfera.az xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsəno...

Bosniya lideri də Azərbaycana səfər etdi

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç Xll Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə martın 12-də Azərbaycan Respublikası...

Sabah 700-ə yaxın abonentin qazı kəsiləcək

Sabah İmişli rayonunda 700-ə yaxın abonentin qaz təchizatında fasilə yaranacaq.   Sfera.az-ın məlumatına görə, Otuzikilər QPS-dən qidalanan Qızılkənd...

“Nə istəyirsən et”: İran prezidenti Trampın danışıqlar tələbinə kobud şəkildə cavab verib

İran prezidenti Məsud Pezeşkian ölkəsinin təhdidlərə baxmayaraq ABŞ-la danışıqlara getməyəcəyini bildirib. Sfera.az bildirir ki, ABŞ prezidenti Donald Tramp ...