Bu məşhur cütlük toya hazırlaşır

Maqazin
13:22 / 13.03.2025
3131
Timoti Şalame Kayli Cennerə evlilik təklifi etməyə hazırlaşır və artıq 150 brilyantdan ibarət 300 min dollarlıq nişan üzüyü alıb.
Sfera.az xəbər verir ki, “The US Sun”un mənbələrə istinadən verdiyi məlumata görə, Timoti bir neçə aydır nişan planları üzərində işləyir və nəhayət, Kayli ilə münasibətlərini növbəti səviyyəyə yüksəltməyə hazırdır.
Şalamenin dostlarından biri deyib ki, Timoti Nyu-York və Parisdə “o üzüyü” axtarır. Nəhayət, onun seçimi Parisli dizaynerin üzərinə düşüb.
"Parisli dizaynerin hazırladığı üzük xüsusidir və onun hazırlanması altı həftə çəkəcək", - dostu əlavə edib.
Firuzə Əliyeva