"Xanımınla kluba getməyəcəksənsə, onu niyə almısan?"
Müğənni Mehin Hümbətova açıqlamaları ilə diqqət çəkib. Sfera.az xəbər verir ki, sənətçi Azərbaycanda bəylərin həyat yoldaşları ilə rahat istirahət edə bilmədiklərini deyib: "Bəylərimiz öz xanımları ilə istədikləri kimi istirahət edə bilmirlər. Rahat sevgi dolu həyat yaşaya bilmirlər ki, kənardan nə deyərlər? Qaynım, qardaşım görsə ki, xanımımla kluba gəlmişəm, nə deyərlər?", - deyə düşünürlər. Get də. Əgər xanımınla kluba, restorana gedib, gözəl emosiyalar yaşamayacaqsansa, onu niyə almısan?