Daha iki cüdoçumuz AÇ-də bürünc medal qazandı


Daha iki cüdoçumuz AÇ-də bürünc medal qazandı

Azərbaycanın daha iki cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal qazanıb. 

 

Sfera.az-ın məlumatına görə, Murad Fətiyev (90 kq) bürünc mükafata sahib çıxıb.

 

O, üçüncü yer uğrunda görüşdə fransalı Aleksis Metyunu məğlub edib. 

 

Zelim Tçkayev (81 kq) isə üçüncü yer uğrunda görüşdə moldovalı Petru Pelivana qalib gəlib. 

 

Daha əvvəl Əhməd Yusifov (60 kq) və Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıblar.

 

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.


OXŞAR XƏBƏRLƏR