Rəsmi xəbərdarlığa belə reaksiya verdi- “Heç vecimə olmaz...”


Rəsmi xəbərdarlığa belə reaksiya verdi- “Heç vecimə olmaz...”

Xəbər verdiyimiz kimi, “Space TV”nin efirində Tarix Əliyevin aparıcısı olduğu “Tarixin bir günü” verilişində meyxanaçı Rəşad Dağlının (Əmirov) ad gününün qeyd olunması ilə bağlı kanala xəbərdarlıq edilib. Aparıcının bu qərara reaksiyası isə sərt olub.

 

Sfera.az xəbər verir ki, T.Əliyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib. 

 

“Bu ad gününü etdiyim üçün çox sevinirəm. Rəşada görə veriliş də bağlansa, heç vecimə olmaz. Təki pozğunlara görə yox, şairə görə bağlansın”, - aparıcı paylaşımında bildirib.

 

Qeyd edək ki, bir neçə gün əvvəl “Space TV”nin efirində meyxanaçı Rəşad Dağlının (Əmirov) ad gününün qeyd olunması ilə bağlı Audiovizual Şuradan kanala eyni halın təkrarlanacağı təqdirdə, inzibati cəza tədbiri – sanksiya tətbiq ediləcəyi bildirilib.

 

Televiziya kanalında ağır cinayətə görə həbs olunan meyxanaçının ad gününün qeyd edilməsi sosial mediada birmənalı qarşılanmayıb.

 

Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində 1979-cu il təvəllüdlü qonşusu İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilib. Bakı Ağır Cinayətlər məhkəməsinin qərarı ilə Rəşad Dağlıya 9 il 6 ay həbs cəzası verilib.

 


OXŞAR XƏBƏRLƏR

İran İsrailin Daxili İşlər Nazirliyini vurdu

İran İsrailin Hayfa liman şəhərinə raketlərlə hücum edib.   Sfera.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz tel...

Nihal Candan VƏFAT ETDİ

“İşte benim stilim” verilişi ilə tanınan Nihal Candan vəfat edib.   Sfera.az bildirir ki,  uzun müddətdir anoreksiya xəstəliyindəb ə...

Evlilik və ya münasibəti bitirmək üçün istifadə edilən QƏRİBƏ XİDMƏT

Yaponiyada bir münasibətə son qoymaq istəyirsinizsə, bunu sizin üçün peşəkar şəkildə etmək üçün birini işə götürə bilərsiniz. Kino səhnəsi kimi səslənsə də, tam...

Müasir moda təbiəti öldürür: Dünya brendləri bataqlıq ərazilərdə...

Avropalı istehlakçılar tərəfindən atılan və Qanaya göndərilən geyimlər qorunan bataqlıq ərazilərdə böyük bir poliqonda tapılıb.   Sfera.az bildirir k...

100 il əvvəl ortaya çıxan və "Yuxu epidemiyası"nın sirri nə idi?

20-ci əsrin əvvəllərində dünya bir çox sirli xəstəliklərlə mübarizə aparırdı. “Yuxu xəstəliyi” kimi tanınan ensefalit letargika minlərlə insanın həy...

Boşanma şayiələri yayılan Mişel Obama başqa siyasətçi ilə göründü - FOTO

Uzun müddətdir ki, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın boşanacağı ilə bağlı şayiələr dolaşır. O, həyat yoldaşı ilə getdikcə daha az görünür.   Sfera...