“Avroviziya”da Azərbaycan adından xalları o açıqlayacaq


“Avroviziya”da Azərbaycan adından xalları o açıqlayacaq

“Avroviziya” 2025-in finalında Azərbaycan adından xalları Safura Əlizadə elan edəcək.

 

Sfera.az xəbər verir ki, bu haqda mahnı müsabiqəsinin ölkəmizdəki lisenziyalı yayımçısı İTV məlumat yayıb.

 

Müsabiqənin ən həyəcanlı anlarından biri sayılan xalvermə mərasimində Safura Azərbaycan münsiflərinin səslərini canlı yayımda təqdim edəcək.

 

Qeyd edək ki, bu, Safuranın bu rolda ilk çıxışı deyil – o, 2010 və 2011-ci illərdə də Azərbaycan adından xalları təqdim etmişdi.

 

Xatırladaq ki, Safura 2010-cu ildə Norveçin Oslo şəhərində keçirilən 55-ci Avroviziya Mahnı Müsabiqəsində “Drip Drop” adlı mahnısı ilə 5-ci yerə layiq görülmüşdü.

 

Bu il müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir və Azərbaycanı “Mamagama” qrupu “Run with u” mahnısı ilə təmsil edir. Final mərhələsi 11 may 2025-ci ildə keçiriləcək və milyonlarla tamaşaçı bu həyəcanlı anlara canlı şahid olacaq.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda Ümrə ziyarətindən qayıdan mühəndis faciəli şəkildə öldü

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə nəticəsi...

Hacızadədən Coliyə: Qərəz kölgə kimidir, ağlı qaranlıqlaşdırır!

Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə Kanada xarici işlər naziri Melani Colini qərəzli olduğu və Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədi...

Erməni təxribatının qarşısını alan tələbələrimiz danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, ABŞ-nin Berkli Kaliforniya Universitetinin hüquq fakültəsində magistr təhsili alan azərbaycanlı tələbələr, Ceyhun Xəlilov, İnqi...

Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi

Bir neçə gün əvvəl “Space TV”nin efirində meyxanaçı Rəşad Dağlının (Əmirov) ad gününün qeyd olunması ilə bağlı kanala xəbərdarlıq edilib.   ...

İnsulin almaq üçün aptekə getdi, elə orada da vəfat etdi - VİDEO

Aptekə dərman almağa gedən qadın hadisə yerində vəfat edib.   Sfera.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayo...

Tramp "soyqırım" sözünü işlətmədi

ABŞ Prezidenti Donald Tramp 1915-ci ilin aprelin 24-də baş verən hadisələr haqda "soyqırım” sözündən istifadə etməyib.   Sfera.az xəbər ve...