İlk övladı Xocalı soyqırımıərəfəsində vəfat edibmiş

Maqazin
20:33 / 24.04.2025
3631
Əməkdar artist Bəsti Bəkirova həyatda qarşılaşdığı ən böyük çətinliyindən danışıb.
Sfera.az xəbər verir ki, "7 Tamam" verilişində qonaq olan sənətçi həmin anı Xocalı soyqırımı ərəfəsində ilk övladı vəfat edərkən yaşadığını bildirib:
"Həyatda ən böyük çətinliyim ilk övladımı itirdiyim zaman olub. Bir il idi ailə qurmuşdu. Xocalı faciəsi ərəfəsində oldu. Oradakı vəhşiliklər mənə çox pis təsir etdir. Uşaq vaxtından əvvəl dünyaya gəldi və 2 gün sonra xəstəxanada dünyasını dəyişdi. Həyatımda heç vaxt bu barədə danışmamışdım. Həmin günü xatırlamaq istəmirəm".