"2025-ci ilin birinci yarımilində cinayətlər 10,9% azalıb" - Hərbi prokuror
2024-cü ilin birinci yarımili ilə müqayisədə, 2025-ci ilin birinci yarımilində qeydə alınan hərbi xidmətdən yayınma cinayətləri ümumilikdə 43,9% azalıb. Sfera.az xəbər verir ki, bu sözləri Hərbi prokuror Bəhruz Əhmədov Hərbi Prokurorluqda keçirilən geniş Kollegiya iclasında bildirib. Hərbi prokuror qeyd edib ki, bu ilin birinci yarımilində hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 36,4 %, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 45,3%, fərarilik