Logo

Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı

Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Masallı rayonunda 25 yaşlı oğlan siqaretə görə anasını bıçaqlayıb.

Sfera.az xəbər verir ki, hadisə rayonun Köhnə Alvadı kəndində baş verib. Kənd sakini - 2001-ci il təvəllüdlü Raqif Ağayev (soyad şərtidir - red.) heç bir yerdə işləmədiyindən anasından gündəlik pul alırmış. Bir müddət öncə o, növbəti dəfə pul istəyəndə anası pulunun olmadığını deyib. Raqif anasından ona siqaret almasını istəyib. Qadın oğluna tütün istifadə etdiyinə görə irad tutub və siqaret almayıb. Bundan əsəbiləşən Raqif mətbəxdən götürdüyü bıçaqla anasına 7 zərbə endirib.

Qadın xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Raqif saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı zamanı ana övladının psixi sarsıntı keçirdiyini bildirib və onu bağışlayıb.

Məhkəmənin hökmü ilə Raqif 3 il azadlıqdan məhrum edilib. Hakim tərəflərin barışdığını nəzərə alaraq ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib və cəza şərti hesab edilib. R.Ağayev məhkəmə zalında azadlığa buraxılıb.\\oxu.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR