"2025-ci ilin birinci yarımilində cinayətlər 10,9% azalıb" - Hərbi prokuror

"2025-ci ilin birinci yarımilində cinayətlər 10,9% azalıb" - Hərbi prokuror

2024-cü ilin birinci yarımili ilə müqayisədə, 2025-ci ilin birinci yarımilində qeydə alınan hərbi xidmətdən yayınma cinayətləri ümumilikdə 43,9% azalıb. 


Sfera.az xəbər verir ki, bu sözləri Hərbi prokuror Bəhruz Əhmədov Hərbi Prokurorluqda keçirilən geniş Kollegiya iclasında bildirib.

 

Hərbi prokuror qeyd edib ki, bu ilin birinci yarımilində hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 36,4 %, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 45,3%, fərarilik cinayətləri 70 % azalıb.


B.Əhmədov bildirib ki, bu ilin ilk yarısında vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 52,9%, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri 18,2%, özünü öldürmə həddinə çatdırma cinayətləri isə 50% azalıb.

 

Hərbi prokuror söyləyib ki, ümumilikdə, 2025-ci ilin birinci yarımilində qeydə alınan cinayətlər üzrə ötən ilin birinci yarımili ilə müqayisədə 10,9%, qeyri-hərbi cinayətlər 2,5%, hərbi xidmət əleyhinə olan cinayətlərdə isə 18,6% azalma baş verib:

 

"Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınan cinayətlərin ümumilikdə 99,2 faizi açılıb. 2025-ci ilin birinci yarımilində qəsdən adam öldürmə və qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri qeydə alınmayıb".

 

Altay

 


OXŞAR XƏBƏRLƏR

Rəsmi Bakı Suriyada baş verən prosesləri yaxından izləyir

Suriyada baş verən prosesləri yaxından izləyirik.   Sfera.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İsrail...

"TikTok"da 181 nəfəri aldadaraq pullarını alan şəxsə HÖKM OXUNDU - FOTO

"TikTok" sosial şəbəkəsində 181 nəfəri aldadaraq onları dənizçi kimi işə düzəltmək adı ilə külli miqdarda pullarını mənimsəyən, əvvəllər məhkum olunmu...

Dövlət Xidməti Göygöldə vətəndaş qəbulu keçirdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov iyulun 18-də Xidmətin Göygöl rayon şöbəsinin inzibati ...

Bu ölkədə yaşıl və mavi rənglər fərqləndirilmir – Səbəb nədir?

Əksər ölkələrdə keçidə icazə verən yol işıqları yaşıl rəngdə olduğu halda Yaponiyada bu məqsədlə açıq mavi tondan istifadə edilir. İlk baxışda texniki bir səhv ...

Xəzər TV-yə xəbərdarlıq edildi

Bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.   Şuradan Sfera.az-a verilən xəbərə görə, Xəzər TV televiziya kanalının...

Jurnalist olmaq istəyənlərin nəzərinə!

III ixtisas qrupu üzrə (DT altqrupu) imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olm...