Məhkəmə həmyerlisini güllələyən şəxslə bağlı qərar verdi

Məhkəmə həmyerlisini güllələyən şəxslə bağlı qərar verdi

Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada, qanunsuz olaraq silah saxlamada və qanunsuz olaraq silah hazırlamada təqsirləndirilən Binnət Məlikovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Sfera.az xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, Beyləqan Rayon Məhkəməsinin 3 aprel 2025-ci il tarixli hökmü Cinayət Məcəlləsinin 229.1-ci (qanunsuz olaraq silah hazırlama) maddəsi ilə məhkum edilməsinə dair hissəsində ləğv edilib və həmin maddə ilə bəraət verilib. 

 

Apellyasiya protesti qismən təmin olunub. Beyləqan Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Onun 3 il müddətə azadlıqdan məhrumetmə cəzası 4 ilə qaldırılıb.

 

İttihama görə, Binnət Məlikov qanunsuz olaraq əldə etdiyi ov tüfəngini götürərək 18 iyul 2024-cü il tarixdə, saat 01 radələrində zərərçəkmiş Maqsud Beyrəkovun (adı, soyadı şərtidir) yaşadığı evinin qarşısına gedib. O, əvvəllər aralarında baş vermiş mübahisəyə görə zərərçəkmiş şəxsin ondan üzr istəməsini tələb edib. 
 

 

Maqsud isə ondan üzr istəməyəcəyini bildirib. Sonra o, zərərçəkmiş şəxsi nalayiq ifadələrlə təhqir edib, arvadı və övladları qarşısında ov tüfəngi ilə Maqsudun sağ ayağından nişan alıb qəsdən bir dəfə atəş açıb. Zərərçəkmiş şəxs sağ baldır nahiyəsindən xəsarət alıb.

 

Hadisədən sonra Binnət Məlikov saxlanılaraq istintaqa cəlb edilib. (Pravda.az)


OXŞAR XƏBƏRLƏR

Rusiyada 20-dən çox uçuş təxirə salındı

Moskvanın “Şeremetevo” hava limanı 20-dən çox reysi təxirə salıb.   Sfera.az xəbər verir ki, bu barədə hava limanının onlayn lövhəsində m...

Sadəcə hürə bilir: Anası tərəfindən atılan 8 yaşlı uşaq danışmağı unudub

Taylandda baş verən faciəvi hadisə sosial xidmətlərin hərəkətə keçməsinə səbəb olub. Yalnız itlərlə ünsiyyət qura bilən 8 yaşlı uşaq illərdir baxımsız qaldığı e...

Kirayə mənzillərə gizli kameralar qoyulur - AÇIQLAMA

Son illər kirayə verilən mənzillərdə və həyət evlərində təhlükəsizlik məqsədilə müşahidə kameralarının quraşdırılması halları artmaqdadır. Lakin bu tendensiya ş...

Azərbaycanın ATƏT-dəki nümayəndə heyətindən etiraz bəyanatı

Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti etiraz bəyanatı yayıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Vyanadakı səfiri Rövşən Sadıqbəyli ö...

59 il bioloji valideynlərini axtaran kişi DNT testi sayəsində gözlənilməz həqiqəti üzə çıxardı - FOTO

Uels sakini Saymon Prothero ömrünün 59 ilini öz ailəsini tapmağa çalışıb. Kişi DNT testindən keçəndə doğumu, valideynləri və körpə ikən niyə tərk edildiyi barəd...

Yaponiyada artıq çəkili olmaq həqiqətən qadağandırmı?

Yaponiyada artıq çəkidən əziyyət çəkən şəxslərin vergiyə cəlb edilməsi və ya artıq çəkili olmanın qeyri-qanuni hesab edildiyi barədə şayiələr zaman-zaman yenidə...